16 Mayıs 2016 Pazartesi

Nəticə: Yaradiliş Həqiqəti

Nəticə: Yaradiliş Həqiqəti

Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? ...
(Həcc surəsi, 18)
Balarısı
“Bal arısı möcüzəsi” adlı bu kitabda nəticə hissəsinə qədər arılar ilə əlaqədar bir çox xüsusiyyətdən bəhs etdik. Arılardakı mükəmməl sistemlər, ağıllı davranışlar, hesablama, planlaşdırma, inşa etmə kimi qabiliyyətlər necə ortaya çıxmışdır sualının cavabını dəlilləriylə birlikdə verdik. Ayrıca, təkamülçülərin mexanizmlərinin etibarsızlığını da arıların həyatlarından, sahib olduqları mexanizmlərdən nümunələr verərək təfərrüatlı olaraq izah etdik. Ən əhəmiyyətlisi bu kitabda sağlam düşüncə ilə düşünən hər insanın dərhal gördüyü açıq-aşkar həqiqət bir dəfə daha gözlər önünə sərildi.
Bu həqiqəti görmək üçün əvvəlcə ilk arının necə həyatını davam etdirdiyi sualını araşdıraq və bu suala təkamülçülərin əsaslı bir cavab verməsinin heç vaxt mümkün olmadığını bir dəfə daha görək.
Bilindiyi kimi təkamülçülər, canlıların təsadüflər nəticəsində bir-birlərindən törədiklərini iddia edərlər. Əslində bu iddia təməlindən çökmüş vəziyyətdədir. (Təfərrüatlı məlumat üçün baxın. Təkamül yanılması hissəsi) Amma biz hələlik ilk arının təsadüfən yer üzündə var olduğunu fərz edək. Bu arının nəslini davam etdirə bilməsi üçün mütləq bir dişi arı, daha doğrusu ana arı olmalıdır. Amma ana arı öz qidasını əldə etmə qabiliyyətinə sahib deyil; bilindiyi kimi işçilər onu xüsusi arı südüylə bəsləyərlər və ana arının yumurtlama qabiliyyəti ancaq bu şəkildə meydana gələr. Bu vəziyyətdə bəslənə bilməyən və yumurtlama qabiliyyəti olmayan bir ana arı nəslini də davam etdirə bilmədən yer üzündən yox olacaq. Üstəlik, ana arının yer üzündə tək başına həyatını davam etdirməsi də nəslini davam etdirə bilməsi üçün kafi deyil. Həmçinin, ana arını mayalandıracaq erkək bir arının olması şərtdir.
Biz eyni anda bir ana arı, bir də erkək arının yer üzündə təsadüfən meydana gəldiyini -belə bir şeyin reallaşma ehtimalı sıfırdır əslində- fərz edək. Ana arı mayalanmadan sonra yumurtlamağa başladı deyə düşünək. İndi ana arı pətək hörə bilməz, çünki belə bir qabiliyyəti yoxdur. Yumurtalarını hər hansı bir yerə buraxması da olmaz, çünki yumurtalardan çıxan sürfələr çöldə həyatlarını davam etdirə bilməzlər. Ayrıca, ana arı balalarını bəsləyə biləcək yeməkləri təmin edə bilməz. Çünki ana arının nə yuvasından çıxıb tozcuq yığa biləcək, nə də bal istehsal edə biləcək orqanları yoxdur. Bu vəziyyətdə yumurtadan çıxan sürfələrin dərhal həyatlarını itirməsi labüddür. Bütün bunların xaricində, nə ana arının, nə də erkək arının özlərini qoruya biləcək bir iynələri yoxdur. Buna görə də, düşmənlərindən qorunmaları və sürfələrini də qorumaları qətiyyən mümkün deyil.
He [God] is Lord of the heavens and the earth and everything in between them,
so worship Him and persevere in His worship.
Do you know of any other with His Name?
(Surah Maryam: 65)
Balarısı
Nəticə olaraq, bir arının təsadüfən meydana gəlməsinin və varlığını davam etdirməsinin heç vaxt mümkün olmadığı açıq şəkildə ortadadır. Bu vəziyyətdə təkamülçülərin təsadüf nəzəriyyələrinin də heç bir etibarlılığı yoxdur; yəni yer üzündə olan tək bir canlının xüsusiyyətləri belə təkamül nəzəriyyəsinin çöküşünü bizlərə göstərir. Çünki yalnız yuxarıda verdiyimiz nümunələr belə, arıların yer üzündə hər cür işi edə bilən işçi arılar, koloniyanın nəslini davam etdirməsini təmin edən ana arı və onu mayalandırma qabiliyyəti olan erkək arılar ilə tək bir anda var olduqlarını qəti olaraq ortaya qoyar. Bütün bu canlıların eyni anda var olmalarının yeganə şərhi isə, hamısının Allah tərəfindən yaradıldıqları həqiqətidir. Məhz açıq-aşkar həqiqət budur: Allah bütün digər canlılar kimi arıları da sahib olduqları üstün qabiliyyətlərlə birlikdə yaratmışdır. Və onlara ehtiyaclarından daha çox bal çıxarma qabiliyyəti ilə təchiz edərək insanların xidmətinə vermişdir.
Ağıl və vicdan sahibi bir insanın bu kitab boyunca oxuduğu, öyrəndiyi həqiqətlərdən çıxarmalı olan nəticə budur: Allah qullarına qarşı sonsuz şəfqət və mərhəmət sahibidir. O göylərdə və yerdə olan hər şeyin, bütün canlıların tək hakimidir. Canlıların sahib olduqları hər cür xüsusiyyət Allahın sonsuz elminin və qüdrətinin yer üzündəki təcəlliləridir.
Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 36-37)
…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!
(Bəqərə surəsi, 32)

Hiç yorum yok:

Yorum Gönder