16 Mayıs 2016 Pazartesi

Koloniyanin Bölünməsi: "Oğul Vermə"

Koloniyanin Bölünməsi: "Oğul Vermə"

... O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!...
(Şuəra surəsi, 28)
Balarısı
Ana arının baharın əvvəlindən etibarən gündə 1500-2000 yumurta buraxdığından danışmışdıq. Əgər arılar bu artımı qarşılayacaq şəkildə bir tədbir görməzlərsə, bir müddət sonra şanın tutumu artan əhalinin ehtiyaclarını qarşılaya bilməyəcək vəziyyətə gələcək. Ana arının sahib olduğu yumurtlama sürətinə görə düşünülsə bu, yalnız 1 ay içində koloniyaya 45.000 ilə 60.000 arasında arının əlavə olunması deməkdir. Bu sürətli say artımı da arı koloniyasının çox qısa bir zaman içində funksiyalarını itirməsi, işlərin getməməsi mənasını verəcək.
Bilindiyi kimi ana arının ifraz etdiyi maddə şandakı nizamı təmin edən amillərdən biridir. Şandakı işçilərin sayının artmasıyla yanaşı bir müddət sonra arı başına düşən ana arı maddəsi də azalmaya başlayar. Arılar üçün əhali artımına həll yolu tapma zamanının gəldiyinin işarəsi ana arı maddəsinin azalmasıdır. (91)
Bir sahədə əhali artımının yaşanması ilə birlikdə alınacaq tədbirlər müəyyəndir. Ya sığınacağın genişlədilməsi, ya da əhalinin azaldılması lazım olacaq. Arılar da bu iki variantdan ən uyğun olanını tətbiq edərlər. Sığınacağı genişlətmək həll yolu deyil, çünki problem yer darlığından çox ana arı maddəsinin çatışmamasından qaynaqlanır. Bu maddənin azlığı vəziyyətində dişilərin çoxalma orqanları inkişafa başlayacaq və koloniyaya xas qoxu azalacaqdır. Bunun nəticəsində də işçi arılar davamlı olaraq ana arı hücrəsi hazırlamağa cəhd edəcəklər. Qısacası, şandakı bütün tarazlıqlar alt-üst olacaq.
Arı şanlarında tətbiq olunan əhali planlaşdırma üsulu ən ağıllı olanıdır. Arılar əhali artımı vəziyyətində sayı azaltma yolunu seçərlər. Amma bu əməliyyatı -qış aylarında məcbur qaldıqlarında etdikləri kimi- sürfə və pupları məhv edərək etməzlər. Arıların tətbiq etdikləri həll yolu son dərəcə ağıllı və hər tərəfli sərfəli həll yoludur. Bir şanda əhali artımı olduğunda şandakı arıların bir hissəsi köhnə ana arı ilə birlikdə koloniyanı tərk edərək başqa bir yaşayış yerinin axtarışına gedərlər.
Arıların şanın əhalisini azaltmaq üçün müraciət etdikləri bu üsula "oğul vermə" adı verilər. Bunun sayəsində arılar yeni koloniyalar qurarlar.

Arilar Səfərə Başlazmadan Əvvəl Edilən Hazirliqlar

Arılar oğul vermə əməliyyatının ilk mərhələsində -bahar başlanğıcında- erkək arı hücrələri hazırlamağa başlayarlar. Erkəklər digərlərinə görə daha uzun müddətdə inkişaflarını tamamladıqları üçün (ana arı 16 gün, işçilər 21 gün erkəklər isə 24 gün) aprelin əvvəllərində bu pətəklər hazırlanmış olmalıdır. (92) Ana arı maddəsi tam olaraq azalmadan əvvəl erkək hücrələrinin əsas olaraq hörülmüş olması diqqət çəkicidir. Çünki normal şərtlər altında bu maddə azaldığında işçilərin ilk olaraq ana arı hücrəsi hörmələri lazımdır. Buna baxmayaraq işçilər erkək arı hücrələri hazırlayarlar və erkələr mayın əvvəlində hücrələrindən çıxarlar. Bu zaman niyə erkək hücrələrinin hörüldüyü də ortaya çıxar. Bilindiyi kimi, erkək arılar ana arı axtarışına, doğulduqdan 2 həftə sonra çıxa bilərlər. Məhz bu vaxt erkəklər cütləşə biləcəkləri bir ana arı tapa bilməzlərsə, varlıqlarının səbəbi qalmayacaq. Buna görə, ana arı da tam bu dövrdə böyüdülüb cütləşmə uçuşuna çıxmaq üçün hazır olmalıdır. Əgər işçi arılar erkək hücrələrini bir az gec hörsələr, ana arı cütləşməyi bacara bilməyəcək və ya əməliyyat gecikəcək. Ana arı cütləşə bilmədən yumurtlamağa başlaya bilmədiyi üçün də bu, koloniya üçün bir təhlükə meydana gətirəcək. Yumurtlama qabiliyyətinə sahib olan köhnə ana arı isə yenisi doğulmadan çoxdan şanı tərk etmişdir. Kompleks kimi görülən bu vəziyyət arıların mükəmməl bir planlaşdırma qabiliyyəti ilə tam lazım olduğu anda ana arı hücrələrini hörmələri sayəsində həll edilər.
Bir tərəfdən yeni ana arı hücrələri inşa etməyə başlayan işçi bal arıları, digər tərəfdən də köhnə ana arını yumurtlama əməliyyatını buraxması üçün məcbur edərlər. Çünki arılar üçün köç zamanı gəlmişdir və hazırlıqların buna görə edilməsi lazımdır. Bu səbəblə, işçilər köhnə ana arını daha az arı südü ilə bəsləməyə başlayarlar. Bu qidanın qeyri-kafiliyi səbəbiylə ana arının yumurtlaması dayanar. Ana arıya verilən qidanın kəsilməsinin ikinci bir səbəbi də vardır. Ana arı koloniyadan ayrılan digər arılarla birlikdə uça bilməsi üçün ağır olmamalıdır. İşçi arıların tətbiq etdikləri bu üsul bir müddət sonra təsirini göstərər və ana arı daha sürətli hərəkət etməyə başlayar. Bir müddət sonra o da digər arılar qədər hərəkətli olar. (93)

Yeni Şan Axtarışı Əməliyyatı Başlayır…

Arı kovanı
A swarm leaving the hive, with the old queen in the middle of the swarm. The colony will wait on the tree until the scout bees show the other members where the new hive is located.
Başqa zamanlarda tozcuq, nektar ya da su axtaran işçi arılar bu dəfə koloniyaları üçün yeni yerlər axtarışına çıxarlar. Şanın tərk edilməsi, ümumiyyətlə yazın sonu və yazın əvvəlində reallaşar. Bu mövsümdə yemək (tozcuq və nektar) çoxdur, hava istidir, günlər isə uzundur. Bu şərtlər bir arı birliyinin şanı tərk etməsi üçün lazım olan mühiti meydana gətirər.
Yeni koloniyanı meydana gətirmək üçün yola çıxan arılar enerji yığa bilmək üçün şandan ayrılmadan əvvəl mədələrini olduqca çox miqdarda balla doldurarlar. Çünki çiçəkləri gəzməyə vaxtları yoxdur. Bu bəslənmənin nəticəsində qarınları elə şişər ki, bədənləri iynələrini istifadə etmək üçün lazım olan elastikliklərini itirər.(94) Buna görə arılar son dərəcə sülhsevər olarlar. Arıların bu vəziyyətində də böyük bir hikmət vardır. Bal arılarının bu əsnada sülhsevər olması insanların təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Oğul vermə dövründə bir koloniyanın təxminən yarısının şanı tərk etdiyi düşünülsə, 20.000-30.000 təcavüzkar arının canlılar üçün təhlükə meydana gətirəcəyi açıq-aydındır.
Yeni ana arının gəlməsinə yaxın zamanda köhnə ana arı, aralarında bir miqdar işçi arı və bir az da erkək arı olan bir qrupla birlikdə şandan ayrılar. Arı birliyi şanı tərk etdikdən sonra yaxınlardakı bir budaqda və ya çıxıntıda üzüm salxımına bənzəyən birləşmiş bir yığın meydana gətirər. (95) Bu yığının ortasında ana arı olar. İşçi arılar ana arını əhatəyə alaraq bədənləriylə sanki bir divar hörərlər və beləcə, onun təhlükəsizliyini təmin edərlər. (96) Arılar nizam-intizam içərisində toplaşar və bir müddət sonra da yeni koloniyanın özünə xas qoxusu meydana gələr.
Arı öbekleri
A swarm of bees waiting on a tree to make their nest. When the scout bees find a site for the new hive, this mass will disperse.
Daha əvvəl çiçək işarələmə mövzusunda da bəhs etdiyimiz kimi hər işçi arının bədənində istədiyi zaman istifadə edə biləcəyi bir qoxu kisəsi vardır. Bu kisə arının kürəyində və bədəninin arxa qismində olan içəriyə doğru qatlanmış bir dəri qıvrımından meydana gələr və istifadə edilmədiyində kənardan görülməz. Amma arı istədiyi zaman bunu kənara çıxara bilər. Bu şəkildə kisənin içindəki xüsusi bəzi vəzilər hərəkətə keçər və qoxu ifraz edər. Məhz kəşfiyyatçı arılar bu qoxunu yeni tapdıqları yerləri işarələmək üçün istifadə edəcəklər. Öz koloniya qoxularına qarşı çox həssas olan arılar, kəşfiyyatçı arı tərəfindən buraxılan bu qoxunu çox uzaqlardan belə qüvvətli olaraq qəbul edə bilərlər.(97) Bunun sayəsində asanlıqla gedəcəkləri yeri taparlar.
Arılarda oğul verme
The pictures to the side show a swarm regulating the temperature of the mass. Under cooler conditions, the workers clump together tightly and provide less internal ventilation, in order to conserve heat (far left). Under warmer conditions, they spread out in order to cool down the center of the clump.

Kəşfiyyatçı Arılar Iş Başında

Resimde oğul verme sırasında uçan arılar görülmektedir.
Bees swarming
Koloniyanın bir hissəsi üzüm salxımı şəklini alaraq gözləyərkən, kəşfiyyatçı arılar da böyük bir fəaliyyətdədirlər. Hətta hazırlıqlara çox daha əvvəldən başlamışlar. Ana şandan ayrılmalarından bir neçə gün əvvəl kəşfiyyatçı arılardan bəziləri yeni yaşayış yerləri üçün hər tərəfə yayılarlar. Bəzən kilometrlərlə uzağa uçduqları belə müşahidə edilər. (98)
Kəşfiyyatçı arılar yeni şanlarını quracaqları yarıqları və ağac gövdələrini araşdırarkən təsadüfi tədqiqatlar etməzlər. Koloniya üçün yer axtaran, sanki yaşayış planı quran çox sayda kəşfiyyatçı arı müxtəlif hesablamalar edərək yeni şan yerinin uyğunluğu mövzusunda ortaq bir fikrə gələrlər. Daha sonra yenə birlikdə hərəkət edər və koloniyanın olduğu ağaca geri dönərək koloniyanı yeni yaşayış bölgəsinə daşıyarlar.
Bir kəşfiyyatçı arı, uyğun bir dəlik ya da koğuş tapsa uzun müddət, bəzən bir saat ərzində, sistemli bir şəkildə onu araşdırar. Ətrafında uçaraq tapdığı yerin kənardan görünüşünü yoxlayar. Ümumiyyətlə, içəri girərək dəliyin içində yürüyər. Əvvəl giriş nöqtəsinə yaxın yerləri, sonra da içəri qisimlərə gedərək tapdığı yerin bütün iç səthini gəzər. Bu mövzuda xüsusi bir tədqiqat aparan Yale Universitetindən Tomas Seeley tək bir arının bu şəkildə 50 metr getdiyini təyin etmişdir. Seeley, arıları öz ətrafında dönə bilən silindr formasında istehsal etdiyi süni şanlarda yürüdərək apardığı təcrübəsində; arıların şanın ətrafını gəzmək üçün nə qədər getməli olduğunu və buna görə dəliyin həcmini hesabladıqlarını ortaya çıxarmışdır. (99)
Yuva yeri axtarmaq üçün uçan arı sayı bəzən onlarla olar. Bu üsul sayəsində koloniya eyni anda bir çox yuva yeri haqqında alternativ məlumat əldə edər. Ən sonunda işçi arılar mümkün olan yuva yerlərini bir-biri ardınca araşdıraraq qərar verərlər. İki düjün ötəridəki yuva yeri bu seçimlə iki və ya üçə salınacaq və sonunda koloniya üçün ən yaxşı yuvanın hansı olacağı mövzusunda uyğunlaşma təmin ediləcək və yeni yuva da bura olacaq. Nəticədə, koloniya heç olmasa kəşfiyyatçı arıların əksəriyyətinin analizinə görə bölgədəki mümkün olan ən yaxşı yeri seçər. Arıların yeni yuva üçün qərar vermə müddətləri bir neçə gün çəkə bilər. Çünki hər arı mümkün olan yuva yerini son dərəcə təfərrüatlı araşdırar və 500-ə qədər işçi arıların müxtəlif ehtimalları müqayisə edərək sonunda əksəriyyətin ortaq bir qərara gəlməsi vaxt aparar. Bu zaman boyunca arı pətəyinin digər üzvləri daha əvvəl ifadə etdiyimiz kimi olduqları ağacda üzüm salxımına bənzər bir şəkil meydana gətirərək gözləyər və ancaq kəşfiyyatçılar tərəfindən qəti qərar verildiyində işçi arıların rəhbərliyində yeni yuvalarına hərəkət edərlər.
Arıların etdikləri işin əhəmiyyətinin daha yaxşı aydın olması üçün bu davranışların tək-tək araşdırılmasında fayda vardır. Əvvəlcə, kəşfiyyatçı arıların tapdıqları yeni yerin uyğunluğuna nəyə görə qərar verdiklərinə baxaq.
Kəşfiyyatçı arılar, yeni yaşayış yerinin yerdən yüksəkliyi, çölə açılan dəlikləri varsa, bunların bağlana bilinməsi, iç məkan genişliyi kimi bir çox təfərrüatı nəzərə alaraq yuva axtararlar. Bundan başqa girişin uyğun olmasına xüsusilə diqqət yetirərlər. Şanın giriş dəliyi, oğru arılara, sincablara və quşlara maneə törədəcək qədər kiçik olmalıdır, amma eyni zamanda bal uçuşundan nektarla dolu olaraq dönən arıların içəri rahat şəkildə girə biləcəkləri kimi genişliyə də sahib olmalıdır. Əks halda yemək yığan arılar şandan içəri girə bilmək üçün gözləmək məcburiyyətində qalarlar. Şan girişinin ümumiyyətlə, kiçik olmasına üstünlük verilər. Çünki əgər giriş çox geniş olsa şanın müdafiəsi çətinləşəcək. Bundan başqa qışda istilik itkisi çox olacağı üçün, şanın istiliyinin tarazlıqda saxlanması da daha çətin olacaq. (100)
Gözcü arılar
1. Day 1,1:35 to 3:00
2. Day 2, 12:00 to 5:00
3. Day 3, 11:00 to 12:00
4. Day 4, 9:30 to 9:45
5. 12:30 to 1:00 10:45 rain
6.1:00 to 2:00
7. 2:00 to 3:00
8. 3:00 to 4:00
9. 4:00 to 5:00
10. Day 5, 7:30 to 9:00
11. 9:00 to 9:40
12. 3500 meters (2.17 miles)
13. 9:40 Journey to the new nest
The scout bees move off in search of a new hive and return to inform the others of the sites they have found. Eventually, unanimity is established and the group moves off. The above drawings represent the dances observed to be performed for four days until a common decision is arrived at. North is pointing upwards. The length of the lines indicates the distance of the region and the thickness, the number of dances performed in that direction. (James and Carol Gould, The Animal Mind, p. 66.)
Bir yeri arıların şan olaraq istifadə edə bilməsi üçün vacib olan xüsusiyyətlərdən biri də yuvanın genişliyinin ölçüsüdür. Məsələn, bir ağac oyuğunu nəzərdən keçirək. Buradakı sahə çox böyük olsa, arılar şanı isitməkdə çətinlik çəkəcəklər. Amma arılar yuvanın kiçik olmasındansa, böyük olmasını seçərlər. Çünki lazımsız boşluqları qatranı ilə doldura bilərlər. Yuvadakı sahə məhdud olduğunda problemlər daha böyük olacaq. Çünki anbar olaraq istifadə edilən sahə də məhdud olacağından qış üçün kifayət qədər yemək yığa bilməyəcəklər. Bu isə, bütün koloniyanın ölümüylə nəticələnə biləcək qədər ciddi bir problem yaradacaq. (101)
Başqa bir incəlik isə şanın girişinin Günəşə doğru baxması ilə əlaqədardır. Bilindiyi kimi girişi şimala doğru baxan bir yer daha soyuq olacağı üçün sığınmağa əlverişli deyil. Kəşfiyyatçı arılar yeni şanın axtarışlarında bu əhəmiyyətli xırdalığı da nəzərlərində tutarlar. (102)
Araşdırmalarının nəticəsində uyğun olduğuna qərara verdikləri sahəni təsbit edən kəşfiyyatçı arılar, bu yeri eynilə çiçəkləri işarələdikləri kimi qoxularıyla işarələyərlər. Qoxu kisələrini ortaya çıxararaq yeni şanın sahəsində bir müddət qalan arılar, bunun sayəsində koloniya qoxularının yeni yaşayış yerlərinə sinməsini təmin etmiş olarlar. (103)
Your Lord revealed to the bees: “Build dwellings in the mountains and the trees,
and also in the structures which men erect.”
(Surat an-Nahl: 68)
Balarısı

Koloniya Hərəkətə Keçir

Kəşfiyyatçı arılar bir müddət sonra koloniyanın onları gözlədiyi sahəyə çatarlar və rəqs edərək tapdıqları yeri yoldaşlarına göstərərlər. Bu rəqs, arıların yeməyin olduğu yeri göstərmək üçün etdikləri rəqsin eynisidir. Yuva hazırlamağa uyğun hesab edilən yerin istiqaməti, səkkiz rəqəmi şəklindəki rəqsin arının düz xətt üzərində sağa-sola doğru yelləndiyi hissəsiylə göstərilər. Tapılan yerin yuva qurmağa uyğunluğu rəqsin şiddətiylə ifadə edilər. Arılar bütün şərtlərə uyğun ideal bir yuva üçün yarım saat ya da bir saata qədər rəqs edə bilərlər. Əgər tapılan yer o qədər uyğun deyilsə, arıların rəqsi daha istəksiz olar. (104)
Arıların birlikdə bir istiqamətə yönəlmələri isə dərhal reallaşmaz. Çünki kəşfiyyatçı arılar kvadrat kilometrlərlə olan sahədə kəşfə çıxmışlar və hər kəşfiyyatçı qrupu döndüyündə fərqli yerləri koloniyaya təklif edir. Koloniyanın olduğu bölgədə hər an rəqs edən bir neçə qrup arı ola bilər. Bəzən bu qrupların hamısı fərqli bir istiqaməti göstərərlər. (105)
Arı kovanı
The scout bees dance to indicate the distance and direction of the possible locations for the new nest. Each arrow represents the dances in the direction of a particular site. The length of the arrow indicates how distant the site is, the angle its direction, and the thickness the number of scouts that have danced for that region.
The drawing at the far left shows the dances performed in four directions before unanimity was reached.The drawing to the side shows the dance performed right before departure for the new nest.
Kəşfiyyatçı arıların rəqsləri, gözləyən topluluqdan bəzi arıların ayrılaraq təsvir edilən istiqamətə doğru uçmalarına qədər davam edər. Bu arılar kəşfiyyatçı arıların koloniya qoxularını buraxdıqları yeri tapana qədər ətrafı araşdırmağa davam edərlər. Ən uyğun yaşayış sahəsinə daha çox sayda ziyarətçi arı gedər və bu şəkildə koloniya qoxusu bu sahəyə daha yaxşı yayılar. (106)
Arı kovanı
If bees are unable to find a suitable site, they make a temporary hive in a tree. The picture to the side shows the combs constructed in the open air, exposed to all kinds of danger.
Üzüm salxımı şəklindəki topluluqdan ən gec bir həftə sonra arı topluluğu tamamilə dağılar və arılar yeni məkanlarına doğru toplu halda uçarlar. Koloniya havada hərəkət etməyə başladığında, yeni yaşayış sahəsinə alışmış olan arılar topluluğa, qoxu ifrazatlarıyla liderlik edərlər və arı topluluğu başqa bir məlumata ehtiyac duymadan yaşayış sahəsinə köçər. Ana arı da mütləq bu çoxluqla birlikdə hərəkət etməlidir. Çünki koloniyanı bir yerdə saxlayan ana arının varlığıdır. Ana arının koloniya ilə birlikdə olmaması vəziyyətində arı birliyi yanılaraq köhnə olduğu yerə geri qayıdacaqdır.(107)
Görüldüyü kimi arıların yeni bir koloniya meydana gətirmələri əsnasında etdikləri bütün davranışlar son dərəcə şüurludur və bu hadisə əsnasında arılarda görülən plan qurma, məntiqlə seçim etmə kimi xüsusiyyətlər mütləq surətdə ağıl tələb edir. Halbuki, arılarda müstəqil bir ağılın varlığından danışmaq mümkün deyil. Daha əvvəl də ifadə etdiyimiz kimi arılar, nəticədə bir neçə santimetrlik böcəklərdir. Beyin həcmləri son dərəcə məhduddur. Bütün bu izah edilənləri edənlər ağıl və məntiq sahibi insanlar olsa məqbul qarşılana bilər. Amma bütün bunları edənlər arılar olunca insanın dayanıb düşünməsi lazımdır.
Bu canlılar belə əhatəli bir planlamağı necə bacarırlar? Bunlar ağılsız və şüursuz canlıların təsadüfən öyrənə biləcəyi şeylər deyil. Çünki "öyrənmə" hərəkəti də nəticədə şüur və iradə tələb edir. Əlbəttə, arı dediyimiz canlılar bu şüur və iradəyə sahib ola bilməzlər. Onlara bu şüurlu hərəkətləri etdirən, təəccüblü ağıl əlamətləri göstərmələrini təmin edən sonsuz elm sahibi olan Allahdır. Allah bu canlıları, bütün digər canlılar kimi, qoruyub nəzarət edir, ehtiyacları olan sistemləri onlara öyrədir. Hud surəsinin 56-cı ayəsində xəbər verildiyi kimi; "…Onun, kəkilindən tutub-nəzarət etmədiyi heç bir canlı yoxdur…".

Köhnə Şanda Nələr Baş Verir...

"Oğul vermə" əməliyyatı tamamlandıqdan sonra arıların təxminən yarısı və ya daha çoxu köhnə şanda qalmışdır.
Şandakı ana arı, yeni ana arı hələ ortaya çıxmadan əvvəl şandan ayrılmış olduğu üçün əsas şan bir müddət ana arısız qalar. Lakin bu vəziyyət ancaq bir neçə gün davam edər. Çünki "oğul vermə" əməliyyatından qısa bir müddət sonra gənc ana arılardan biri inkişafını tamamlayar və hücrəsini tərk edərək şandakı yeni həyatına başlayar. (108)
Əgər köhnə ana arı, yeni ana arı namizədləri hücrədən çıxmadan əvvəl şanı tərk etməmişsə, bu vəziyyət, onun yaşlandığını göstərər. Bu vəziyyətdə köhnə ana arı yeni ana arı tərəfindən sancılaraq öldürüləcək.
Amma bəzən də ana arı yaşlı olmamasına baxmayaraq yalnız hava şəraitinə görə şanı tərk edə bilməz. Bu isə, son dərəcə təhlükəli ola bilər. Çünki köhnə ana arı şandaykən yeni bir ana arı ortaya çıxarsa, bu arıların döyüşəcəyi və birinin o birini mütləq öldürəcəyi açıqdır.
Şandakı tarazlıqları poza biləcək bu qarışıqlığa maneə törətmək üçün isə arılar təəccüblü bir üsul istifadə edərlər. İnkişaflarını tamamlayan və puplarını yararaq çölə çıxmağa çalışan ana arı namizədlərinin hücrə qapaqlarını köhnəsindən daha möhkəm bir şəkildə bağlayarlar. Bu vaxt onlar üçün kiçik bir boşluq açmağı da unutmazlar. İşçi arılar daha sonra bu dəlikdən ana arı namizədlərini bəsləyəcəklər.
Amma problem bununla da bitmir. Köhnə ana arı şanda hər zamankından daha aktiv vəziyyətdə davamlı gəzir. Əgər yeni ana arıları bilsə, onları məhv etmək istəyəcək. Ancaq buna icazə verilməz. İşçi arılar, ana arı hücrələrinin üzərinə toplanar və əgər ana arı bunlara zərər vermək üçün yaxınlaşarsa, onu geri itələyərlər. (109)
İşçi arıların bütün səyləri yeni ana arını və bilavasitə koloniyanı qorumaqdır. Bunun üçün də hər cür ehtimal nəzərə alınaraq alınan tədbirlər nəticəsində ana arılar qorunmuş olar.
Bəzən bir arı birliyinin birdən çox oğul verməsi lazım ola bilər. Bu vəziyyətdə əgər yeni gənc ana arı da ikinci oğul üçün şanı tərk edəcəksə, o zaman işçilər dərhal yeni bir ana arı da yetişdirməyə başlayarlar. (110)
Balarısı

Arilar Allahin İlhamiyla Hərəkət Edərlər

Bura qədər izah edilən mövzulardan da görüldüyü kimi, arılar heyvanlar aləmindəki ən heyrətləndirici xüsusiyyətlərə sahib olan canlılardandır. Çox səbirli bir şəkildə istehsal etdikləri sancaq başı böyüklüyündəki bal mumu ilə pillə-pillə inşa etdikləri memarlıq möcüzəsi pətəkləri, hər gün heç bezmədən yüz dəfələrlə sürfələri ziyarətləri, koloniyalarını müdafiə etmək üçün göstərdikləri fədakar davranışları, bal çıxarmaq üçün sərf etdikləri cəhdləri, yeni koloniya meydana gətirmə mövzusundakı qabiliyyətləri, şanın içində qəti bir asayiş təmin edə bilmələri ilə elm adamlarını heyrətlər içində buraxırlar.
Arılar öz dilləri ilə ətrafları analiz edər, qərarlar alar və tətbiq edərlər. Bu qərarları vəziyyətin təcili olub-olmamasına görə dəyişdirə bilərlər. Qısacası, arıların bütün hərəkətlərinə, bu kitabda müxtəlif nümunələrlə izah edildiyi kimi, iti bir ağıl və şüur hakimdir. Ancaq kitabın fərqli hissələrində dəfələrlə diqqət çəkildiyi kimi, bu şüur və ağıl arıların özlərinə aid olan bir xüsusiyyət deyil.
Allah Quranda bal arısından "Rəbbin bal arısına vəhy etdi…" (Nəhl surəsi, 68) ayəsiylə, bu canlıların etdikləri bütün hərəkətlərin, göstərdikləri şüurlu davranışların Öz ilhamıyla reallaşdığını bildirir.

Qeydlər:

90- Prof. Karl von Frisch, Arıların Hayatı, s.31
91- Edward O.Wilson, The Insect Societies, Harvard Unv. Press, Cambridge, Massachussetts, 1972, s.96,303
92- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, s.46
93- Thomas A.Sebeok, Animal Communication, Indiana Unv. Press, London; s.224-225
94- Prof. Karl von Frisch, Aus Dem Leben Der Bienen, Verständliche Wissenschaft Band 1, 8.Auflage, s. 59
95- Thomas A.Sebeok, Animal Communication, Indiana Unv. Press, London; s.237
96- Prof. Karl von Frisch, Aus Dem Leben Der Bienen, Verständliche Wissenschaft Band 1, 8.Auflage, s.61
97- Prof. Peter J.B. Slater, The Encyc. of Animal Behaviour, Facts on File Publications, New York, s.120
98- Prof. Karl von Frisch, Aus Dem Leben Der Bienen, Verständliche Wissenschaft Band 1, 8.Auflage, s.61
99- T. Seeley, Measurement of Nest Cavity Vol. by the Honey Bee, Behavioral Ecology and Sociobiology 2, 1977
100- Edward O.Wilson, The Insect Societies, Harvard Unv. Press, Cambridge, Massachussetts, 1972, s.306-308
101- Prof. Karl von Frisch, Animal Architecture, A Helen and Kurt Wolff Book/Harcourt Brace Jovanavich, Inc. New York and London; s.84-85
102- Ernst Neufert, NEUFERT, çeviren: mimar Abdullah Erkan, Güven Yayıncılık, 30. baskı, 1983, s.534
103- Edward O.Wilson, The Insect Societies, Harvard Unv. Press, Cambridge, Massachussetts, 1972, s.230
104- The New Encyclopedia Britannica, Vol.21, 15th edition, 1991, s.663
105- Prof. Karl von Frisch, Tanzsprache und Orientierung der Bienen, Universitat München, Springer Verlag, 1965; s.269-277
106- Prof. Karl von Frisch, Tanzsprache und Orientierung der Bienen, Universitat München, Springer Verlag, 1965; s.269-277
107- Edward O.Wilson, The Insect Societies, Harvard Unv. Press, Cambridge, Massachussetts, 1972, s.238
108- Prof. Karl von Frisch, Aus Dem Leben Der Bienen, Verständliche Wissenschaft Band 1, 8.Auflage, s.62
109- Edward O.Wilson, The Insect Societies, Harvard Unv. Press, Cambridge, Massachussetts, 1972, s.225-226
110- Prof. Karl von Frisch, Aus Dem Leben Der Bienen, Verständliche Wissenschaft Band 1, 8.Auflage, s.62

Hiç yorum yok:

Yorum Gönder