16 Mayıs 2016 Pazartesi

Arilarin Xəbərləşmə Üsullari

Arilarin Xəbərləşmə Üsullari

Haqq Hökmdar Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir.
(Muminun surəsi, 116)
Balarısı
Elm adamları, on minlərlə arının yaşadığı şanlardakı nizamın necə təmin edildiyi sualının cavabını tapa bilmək üçün illərdən bəri bir çox tədqiqatlar aparmışlar. Bu mövzuyla əlaqədar bir çox akademik iş də davam etdirilmişdir. Məsələn, arılar mövzusunda ən qabaqcıl mütəxəssislərdən olan, Münih Universiteti professorlarından Avstriyalı zooloq Karl von Frisch “The Dance Language and Orientation of Bees” (Arıların rəqs dilləri və istiqamət tapmaları) adlı 350 səhifəlik kitabını yalnız arılardakı xəbərləşmə mövzusuna ayırmışdır.

Kar Arilar Necə Razilaşir?

Karl von Frisch
Karl von Frisch has spent his entire life studying bees and won a Nobel Prize for his research on that subject.
Arılar çox vaxt yemək tapmaq üçün uzaqlara gedərək geniş sahələri axtarmaq məcburiyyətində qalarlar. Yeni bir qida qaynağı tapan arı, koloniyanın digər üzvlərinə xəbər vermək üçün dərhal şana geri dönər. Qısa bir müddət sonra koloniyanın digər üzvləri qida qaynağının ətrafında uçmağa başlayacaq.
Arılar kardırlar və bu səbəblə, bir-birləriylə səsli bir ünsiyyət qura bilməzlər. (72) Buna baxmayaraq, yemək qaynağının yerini koloniyanın digər üzvlərinə heç çaşmadan tapacaqları şəkildə tərif edə bilərlər. Tərif üsulları isə adətdənkənardır.
Arıların tapdıqları yerləri bir-birlərinə necə xəbər verdiklərini araşdıran elm adamları son dərəcə təəccüblü bir vəziyyətlə qarşılaşmışlar. Arılar təsvir etmək istədikləri yeri "rəqs edərək" digərlərinə izah edərlər. Yemək qaynağının tapıla bilməsi üçün qaynağın şana uzaqlığı, istiqaməti, zənginliyi kimi lazımlı olan hər cür məlumat bu rəqsdə gizlidir.
Yemək qaynağını kəşf edən arı şana dönər və digər arıların diqqətini çəkəcək şəkildə davamlı olaraq müəyyən hərəkətləri təkrarlamağa başlayar. Arının ümumi davranışlarından yemək qaynağı ilə əlaqədar bütün məlumatlar əldə edilə bilər. Məsələn, tozcuq yığmış bir arı şana döndüyündə yalnız yükünü yoldaşlarına təhvil verib geri uçsa bu, "arının faydalandığı qaynaq bilinən bir qaynaqdır və ya səmərəsizdir" mənasını verir. Suyun məhdud olduğu zamanlarda isə bu rəqs su qaynağının yerini göstərmək üçün də istifadə edilər. (73)

Arıların Rəqsləri

Arı kovanı
Bees watch the dancing bee in their midst, then find the food source by following the directions given.
Arı rəqsinin iki ayrı forması vardır. Rəqsin forması, yemək qaynağının uzaqlığına görə fərqlənər.
"Dairə rəqsi" olaraq adlandırılan rəqs ən sıx rast gəlinən rəqsdir və qaynağın uzaqlığını və istiqamətini ifadə etməz. Yalnız işçilərə yuvanın yaxınlarında 15 metrdən daha yaxın məsafədə bir qaynaq olduğunu bildirər. Bu rəqs əsnasında yaxında bir qaynaq kəşf edən işçi arı əvvəlcə yuvanın içindəki işçilərə nektar verər və ardından rəqsə başlayar. Digər arılar daha sonra bu rəqsə qoşularlar. Rəqqas təkrarən kiçik dairələr çəkər. Hər 1-2 dövrdən sonra, bəzən də daha sıx aralıqla tərs dönər. Saniyələrlə ya da bir dəqiqəyə qədər davam edən bu rəqsdə 20-ə qədər dövr olar. Sonra təkrar rəqqas ilə yuvadakı arılar arasında bir nektar dəyişməsi olar. Ən sonunda rəqs sona çatar. Rəqs edən arı başqa bir qida axtarmaq üçün yuvanı tərk edər. Karl von Frisch etdiyi bir təcrübədə rəqqas ilə əlaqə yaradan 174 işçidən 155-nin 5 dəqiqə içində qida qaynağını doğru tapdıqlarını göstərmişdir. (74)
Arılar rəqs edərək verdikləri təriflərini qaranlıq bir şanda, pətəklərin üzərindəykən edərlər. Bu, aralarında qüsursuz bir ünsiyyət olan arıların qabiliyyətlərinin daha yaxşı başa düşülməsi baxımından unudulmamalı olan əhəmiyyətli bir incəlikdir. Arılar ətraflarında toplanan digər arılara, yemək qaynağı haqqında lazım olacaq bütün məlumatları qaranlıqda verərlər. Pətəklərin üzərində etdikləri hərəkətlər qaranlıq olmasına baxmayaraq digər arılar tərəfindən doğru hesab edilər və dərhal tətbiq edilər.
Arıların yön tayini
1. Food source
2. Hive
3. Point where the bees are released 
An experiment was performed to show that bees make use of surface shapes to recognize their surroundings. First, bees were introduced to the food source shown in the top left-hand corner. Then as soon as they left the hive for the source indicated, they were caught, brought to the point at bottom right, and released there. Even though the food source was not directly visible, the bees were able to head in the right direction, toward the food source.
Arılar yuvadan 15 metrə qədər uzaqlıqdakı qida qaynaqları üçün dairə rəqsini istifadə edərkən, 25-100 metr arasındakı qida qaynaqları üçün də bir keçid rəqsi olan yellənmə rəqsini istifadə edərlər. Bundan başqa bal arıları yuvadan 100 metrdən daha uzaq qaynaqlar üçün qaynağın uzaqlığını, istiqamətini və xüsusiyyətini bildirən quyruq rəqsi ilə ünsiyyət qurarlar. Bu rəqs eyni zamanda "8 rəqəmi rəqsi" olaraq da adlandırılar.
Arılar qida qaynağından şana döndüklərində pətəyin üzərində bu rəqsi edərlər. Bu rəqsdə işçilər addım atarkən bir tərəfdən də qarınlarını titrədərlər. Hərəkətlərinə xarakterik olan şəkli 8 rəqəminə çox bənzəyər. Tipik bir quyruq rəqsində arı qısa məsafə üçün dümdüz bir xətt üzərində hərəkət edər. Bədənini saniyədə təxminən olaraq 13-15 dəfə bir tərəfdən digər tərəfə doğru yelləyər.
Arının düz olaraq keçdiyi bu yolun, şanı yuxarıdan aşağıya doğru kəsən (xəyali) tikməyə etdiyi bucaq, qida qaynağının Günəşə olan bucağını verər. Rəqs edərkən yerə tam dik gələn üst qisim simvolik olaraq Günəşi göstərir. Əgər arı şanıyla qida qaynağını və şanla Günəşin həmin altındakı üfüq xəttini birləşdirən bir xətt çəkilsə, iki xətt arasında yaranan bucağın yellənmə rəqsinin bucağıyla eyni olduğu görülər. Arılar eynilə bir inşaat mühəndisi kimi bölgələri üçbucaqlara bölmə əməliyyatını edə bilirlər. (75)
Quyruq rəqsində edilən yellənmə hərəkəti boyunca arının qarnı ən əhəmiyyətli orqandır. Əzələlərə və skeletə aid titrəşmələrdən qaynaqlanan bir vızıltı səsi ətrafa yayılar. Arı düz olaraq götürdüyü hər yolun sonunda bir dönüş edər və başlanğıc nöqtəsinə doğru yarı dairəvi şəkildə dönər. Daha sonra təkrar düz bir xətt üzərində irəliləyər və tam tərs istiqamətə doğru bir dönüş edər. Çevrə rəqsində olduğu kimi quyruq rəqsi də rəqqasın dayanması və mədəsindəki balı yaxınlardakı işçilərə paylamasıyla sona çatar. Rəqsi izləyənlər 0.1- 0.2 saniyə davam edən qısa müddətli titrəşmə çıxararlar. Bu titrəşmə rəqqasın dayanmasına və vızıldayan arıyla qida dəyişməsinə səbəb olar. Həm nectar, həm də tozcuq yığıcıları eyni şəkildə rəqs edərlər.
dance on the comb
When bees return from a food source, they dance on the comb. To the side can be seen a bee performing the dance when the food source is nearby. The bee makes two semi-circular lines, then returns to the starting point.
The drawing above shows with wavy lines the figure-eight dance bees perform to provide information about the distance of the food source.
Bu rəqsi izləyən işçilər qida qaynaqlarının yerini rahatlıqla təsbit edə bilərlər. Uzaqlığı ifadə edən rəqsin xüsusiyyətlərindən biri də, hər 15 saniyədəki dönüş sayıyla ölçülən rəqs tempi və düz bir xətt boyunca edilən yellənmə hərəkətləri və vızıldamalardır. Rəqsin tempi, daha uzaqdakı qida qaynaqları üçün yavaşlayar, yaxındakı qida qaynaqları üçün sürətlənər. Yenə daha uzaq məsafədəki qaynaqlar üçün düz xəttə keçirilən müddət artar.(76)
sickle-shaped transition dance
The sickle-shaped transition dance performed by very different species of bee.
Ancaq qaynağın istiqamətini bilmək tək başına bir işə yaramaz. İşçi arıların bal üçün əsas olanları yığa bilmələri üçün, nə qədər uzağa getməli olduqlarını da bilmələri lazımdır. Şana dönən arı, digər arılara, yenə müəyyən bədən hərəkətləriylə çiçək tozcuqlarının olduğu uzaqlığı da izah edər.
figure-eight dances
FC. Food Source
H. Hive
1- If the food source lies exactly in the direction of the Sun, or in the exact opposite direction, the waggling runs in the dance will be vertical on the comb. 2- If the food source is 80 degrees to the left of the Sun, this is indicated by doing the waggling run part of the dance at a corresponding angle of 80 degrees to the left of the vertical. 3- If the bee follows an upward direction in its waggling run, it signals that the food source lies in the direction toward the Sun. And if it heads straight downwards, this means that the source lies in the exact opposite direction from the Sun.
Rəqs boyunca digər işçilər, tərif edən arının ətrafında toplanar və hər hərəkətini izləyərlər. Ayrıca, rəqqasın titrəşən qarınına antenaları ilə toxunarlar. Bu hərəkət çox əhəmiyyətlidir, çünki arının havada meydana gətirdiyi fasiləli axın qida qaynağının uzaqlığını bildirər. Arının bədəninin alt qismini yelləməsi sayəsində hava axınları meydana gələr. Digər arılar da antenaları ilə bu axınları qəbul edər və gedəcəkləri qida qaynağının uzaqlığını bunun sayəsində təsbit edərlər. (77) Məsələn, arı 250 m. uzaqlıqdakı bir yeri təsvir etmək üçün yarım dəqiqəlik bir müddət içində bədəninin alt qismini 5 dəfə yelləyər. Etdikləri bu rəqslərlə arıların 9-10 kilometrə qədər çatan sahədəki qidaların yerlərini bir-birlərinə bildirdikləri müşahidə edilmişdir.
figure-eight dances
1. Sun
2. Hive
3. Route taken by subsequent bees
4. Interrupted lines indicating the direct route 
5. Food source
6. Route taken by the foragers
No two figure-eight dances are the same. To the side can be seen the direction of the great many dances performed when the food source is 80 degrees to the left of the Sun. The triangles formed by the bees as they dance show the direction of the clockwise dances, and the circles, that of the counter-clockwise dances.
Forager bees need not fly in a direct straight line to a food source in order to be able to tell its location. In the experiment shown at the side, Karl von Frisch had bees fly around a building between them and the food source. Yet the bees still managed to describe the location on a straight line, shown in the diagram with interrupted lines, and the other bees followed a straight line to find it.
Arılara lazım olan məlumatlardan biri də qaynaqda olan qidanın xüsusiyyəti ilə əlaqədardır. Bu məlumatı da rəqsi edən yığıcı arının üzərinə sinən qoxu sayəsində əldə edərlər.
Yığıcı arılardan əldə edilən bu məlumatlar əsasında digər arılar asanlıqla qidanın yerini taparlar. Qida qaynağının başına çoxlu arı toplanması şanda rəqs edən arıların sayı ilə də bilavasitə əlaqəlidir. Tək bir arının rəqsi ilə bütün şan hərəkətə keçməz. Əvvəlcə koloniyadan bir qrup arı qabaqcıl olaraq gedər. Bu qabaqcıl qrup uçuşdan döndüyündə onlar da rəqs edirsə, daha çox arı hədəfə doğru yönələr. Tapdıqları qaynaq nə qədər yaxşı isə, o qədər daha uzun müddət rəqs edərlər və daha çox təqibçi arı toplayarlar. Beləcə, koloniyanın yığıcı dəstəsinin diqqəti daim ən məhsuldar qida qaynağına doğru yönəlmiş olar.
Arıların yön tayini
If the food source they find is very rich, the dance the bees perform is very enthusiastic. If the source is nearby, they describe its location by performing the “round dance” shown on the left. For food sources that are further away, they perform the figure-eight dance seen on the right, with wagging movements.
Tapılan qida qaynağının səmərəsiz olması vəziyyətində də arılar rəqs edərlər. Yalnız buradakı tək fərq arıların rəqsinin istəksiz olması və daha qısa davam etməsidir. Bu vəziyyət şandakı digər arılara da yansıyar, rəqqasların başına toplanan arılar qısa bir müddət içində dağılarlar. Bu vəziyyətdə yeni bir qrup qida axtarmaq üçün çıxar.
Arıların besin kaynağını tarif etme yöntemleri
1. Sun
2. Direction of the Sun
3. Food Source
4. Direction of the food source
5. Hive
6. Forager bee performing the figure-eight dance
7. Bees gathering to touch the forager performing the figure-eight dance
8. Figure-eight dance form
Bees describe the location of the food source on the comb’s vertical plane. Yet as the picture to the side shows, the destination lies on the horizontal plane. Nonetheless, the bees fully understand the directions given and reach the source by calculating the necessary angles. The inspiration of God is the source of this astonishing ability.
İndi burada dayanıb bir az düşünək. Yuxarıda təfərrüatlarıyla toxunduğumuz rəqsi reallaşdıran canlılar bal arılarıdır. Yəni insanların küçəyə çıxdıqlarında, bağçalarında gəzərkən, balkonlarında oturarkən tez-tez rast gəldikləri, bir neçə santimetr böyüklüyündəki böcəklərdir. Burada maraqlı bir ziddiyyət vardır. İnsanlar bal arılarını sıravi, hər yerdə olan böcəklər olaraq qiymətləndirərlər, amma bura qədər izah etdiklərimiz ancaq çox iti bir şüurla həyata keçiriləcək hadisələrdir. Arıların rəqslə etdikləri tərifi bir insanın etməsini istəsək, bu qədər müvəffəqiyyətli olması mümkün olmaz. Çünki bir insan ağıl və şüur sahibi olmasına baxmayaraq, belə incə hesabları texniki ölçü alətləri olmadan edəcək qabiliyyətə sahib deyil.
O halda, arılara bu şüurlu davranışları öyrədən kimdir? Arılar bu davranışları digər arılardan öyrənməzlər, həyatlarında belə bir təhsil dövrünə rast gəlinməz. Onlar bütün bunları onsuz da bilərək, zamanı gəldiyində tətbiq edə biləcək şəkildə dünyaya gəlirlər. Və bu vəziyyət yer üzünün hər yerində, milyonlarla ildir yaşayan bütün bal arıları üçün keçərlidir.
Bu vəziyyətdə vicdan sahibi insanın heç vaxt inkar edə bilməyəcəyi böyük bir həqiqətlə qarşı-qarşıya olduğumuzu görərik: Bütün canlıların Yaradıcısı olan Allah, bal arılarını da qüsursuzca var etmiş və onlara belə şüurlu davranışları öyrətmişdir. Bal arıları Nəhl surəsində xəbər verildiyi kimi Rəbbimizin onlara ilhamı ilə hərəkət edirlər.
Arıların rəqs edərək etdikləri tərifin əhəmiyyətinin tam olaraq başa düşülməsi üçün şanın içində arıların etdikləri hərəkətlər və mühit düşünülməlidir. Təkamülçü bir yazıçı olan Marian Stamp Dawkins, “Heyvanların səssiz dünyası” adlı kitabında arıların bu tərifi necə etdiklərindən belə bəhs edir:
Arıların problemi rəqslərini içərisi qaranlıq olan, nə yeməyin, nə də Günəşin görülə bildiyi bir şanın içində etmələridir. Yalnız bu da deyil. Arılar şaquli mövqedəki bir pətəyin üstündə rəqs edərlər. (78)
İndi gözünüzün önünə gətirməyə çalışın. Tərifi edən arılar şaquli mövqedə rəqs etmələrinə baxmayaraq, bu məlumatı istifadə edərək qida axtarışına çıxacaq olan arılar üfüqi müstəvidə hərəkət edəcəklər. Yəni arılara hansı istiqamətdə uçmaları lazım olduğu mövzusunda veriləcək olan məlumat əslində üfüqi müstəvidə olmalıdır. Əgər arılar şaquli müstəviyə uyğun olaraq edilən bir tərifə görə hərəkət etsələrdi, dümdüz yuxarı uçaraq yemək axtarmaları lazım idi ki, bu vəziyyətdə yemək tapmaları heç bir şəkildə mümkün ola bilməzdi.
Dawkins kitabında mövzuya belə davam edir:
Arı kovanı
1. Food Source
One species of honeybee, known as the dwarf honeybee, always constructs its hives in the open. When they find a food source, they generally dance on top of the nest covered with bees (left). These bees perform the figure-eight dance to point to the food source directly. If for any reason they dance on the sides or rear of the hive, they redirect their dances again to indicate the direction of the source.
…Buna görə arılar yeməyin yerini o istiqaməti işarə edərək ya da oraya dönük rəqs edərək müəyyən edə bilməzlər. Şandan yeməyə doğru olan uçuş rotasını, şanın içində ikən cazibə qüvvəsin görə təyin etdikləri (çölə çıxdıqdan sonra Günəşə görə təyin edəcəklər) bir müstəvi üstündə göstərərlər. O biri arılar da çölə çıxdıqlarında bu məlumatı Günəşə uyğunlaşdırarlar. Əgər yemək tam günəş istiqamətindədirsə rəqqas arı sallantılı düz uçuşunu pətəyin qarşısında tam şaquli mövqedə edər. Əgər yemək Günəşin 40 dərəcə qərbindədirsə, şaquli xəttin 40 dərəcə solunda uçar. Beləcə, rəqqas arı yeməyin olduğu yerin bucağını Günəş yerinə, şaquli xəttə görə göstərər və qaranlıq şanın içindəki yoldaşlarına Günəşə çıxdıqlarında hansı istiqamətə uçacaqları mövzusunda məlumat verər. (79)
Burada izah edilənlərin üzərində dayanıb düşünək. Arılar qaranlıqda və fərqli bir müstəvidə olmasına baxmayaraq edilən tərifi tam olaraq anlayır və hədəfi hər vaxt doğru olaraq tapırlar. Tərifi edən arının təyin etdiyi bir şaquli xəttə görə etdiyi hərəkətlər, bucaq hesablaya bilən digər arılar tərəfindən tam olaraq aydın olur. Marian Stamp Dawkins bu vəziyyət qarşısındakı düşüncələrini belə ifadə edir:
Arıların bunu (bucaq hesablamasını) doğru olaraq etmələri, bir-birlərinə həqiqətən məlumat ötürdüklərinin bir göstəricisidir. (80)
Görüldüyü kimi, bütün arılar bucaq hesablaya bilirlər. Bu vəziyyəti Dawkins, arıların bir-birlərinə məlumat ötürmələri olaraq şərh etmişdir. Ancaq burada cavablandırılmalı olan əhəmiyyətli suallar vardır. Arılar bu hesablama üsulunu necə kəşf etmişlər? Günəşə baxaraq, arı kimi bir canlının üfüqi-şaquli fərqliliyini bilməsi, etdiyi tərifə öz-özünə bucaq əlavə edə bilməsi və bunu hər səfərində doğru etməsi mümkünmüdür? Bundan başqa arılar şərh etmə bacarığını necə əldə etmişlər? Günəşi kompas kimi istifadə etməyi necə öyrənmişlər?
Arıların müstəvi fərqi, bucaq ölçmə, hesab etmə kimi riyazi əməliyyatları öz-özlərinə edə bilməyəcəkləri çox açıq bir həqiqətdir. Arılardakı bütün bu qabiliyyətlərin tək səbəbi vardır. Arılar üstün bir güc tərəfindən idarə olunurlar. Bütün kainata hökm edən bu güc Allaha aiddir. Allah arılara sahib olduqları bütün qabiliyyətləri verəndir.
Bees use ultraviolet rays to find their way in cloudy weather.
1. Solar rays
2. The Sun
Bees use ultraviolet rays to find their way in cloudy weather. These light rays can penetrate the cloud cover so long as it is not too thick. The bees follow these rays emitted by the Sun and are able to calculate where the Sun must be at that moment.

Arılar Buludlu Havalarda Istiqaməti Necə Təyin Edirlər?

Yeməyə doğru uçarkən arılar bir tərəfdən də günəşi müşahidə edərlər. Qabaqcıl arının etdiyi rəqsdə göstərilən istiqaməti və bucağı istifadə edə bilmələri üçün bu vacibdir.
Arıların etdikləri işin nə qədər fövqəladə olduğu açıq şəkildə ortadadır. Ancaq arılar bununla da kifayətlənməyib daha da fövqəladə bir şey edərlər. Hava buludlu da olsa Günəşi kompas kimi istifadə edə bilər, bunu da ultrabənövşəyi işıq dalğalarını istifadə edərək edərlər. Ultrabənövşəyi işıq dalğaları bulud örtüsü çox sıx olmadıqca, buludların içərisinə daxil olacaq xüsusiyyətdədir. Bu səbəblə, işçi arılar Günəşin istiqamətini təyin etmək üçün bu işıq dalğalarını istifadə edərlər. Günəşdən yayılan təbii işıq məlum olmuşdur, yəni işıq dalğalarının titrəşməsinin istiqaməti, Günəş səmada hərəkət edərkən nizamlı bir şəkildə dəyişər. Bu qütbləşmə şəkilləri insanlar tərəfindən görülə bilməz, lakin arılar və digər bir çox canlı tərəfindən qəbul edilə bilər. Günəşin görünməməsi ya da səmanın buludlu olması bu canlılar üçün bir maneə meydana gətirməz. Arılar buludlara baxmayaraq, göyü bir baxıma hissələrə ayırılmış kimi düşünər və Günəşin o anda olacağı yerini hesablaya bilərlər.(81) Şübhəsiz, bu xüsusiyyət də, Allahın üstün dizaynının nümunələrindən biridir. Bal arıları da bunun sayəsində həyatlarını davam etdirə bilirlər.
Bees' Memories
Arıların hafızası
It has been established that after watching the dance of a forager, the other bees in the hive do not immediately set off in flight. First they analyze the information provided in the dance and decide whether to act upon it.
In one experiment, a small boat was anchored in the middle of a lake near a hive, and food was placed in it. The bees eventually discovered this food, immediately returned to the hive and danced to tell their fellows of the direction and location of the food source. But even though they danced for a long while, the other bees disregarded their information and remained in the hive.
The boat was then pulled to the shore. A number of bees again found it, returned to the hive and began dancing. This time, the other bees left the hive and headed for the boat.
From this, the scientists concluded that bees were aware of their surroundings and knew there was a lake there. Since there could be no food source for them in the lake, they ignored the first bees’ “mistaken” dance.
James and Carol Gould, The Animal Mind, s.106

Arılar Istiqamət Tərifində Dəqiq Isabət Göstərərlər

Arıların, rəqqas arını seyr etmələrindən bir müddət sonra şandan ayrılaraq hədəfə yönəldiklərini söyləmişdik. Ancaq arılar, burada gözardı edilməməli olan çox əhəmiyyətli bir problemlə qarşı-qarşıyadırlar. Arılara verilən istiqamət tərifindəki bucaqda, çıxış nöqtəsi olaraq Günəş alınmışdır. Ancaq Günəş sabit bir cisim deyil. Bilindiyi kimi, Günəş hər 4 dəqiqədə 1 dərəcə yer dəyişdirər. Arı əgər davamlı eyni bucaqla yol getsə, Günəşin hərəkəti səbəbiylə hədəflədiyi yerə heç vaxt çata bilməyəcək. Hər 4 dəqiqəlik yolda 1 dərəcəlik səhv edəcək, uzun məsafələrdə isə azmasının qarşısı alınmaz.
Çox qısa məsafələrdə, məsələn 200 metr məsafədə bu bir problem olmaz. Çünki arının bir dəqiqədə qət etdiyi yol təxminən saatda 13 km=dəqiqədə 216 metrə qədərdir. (82)
Bu vəziyyətdə ağıla, "ya hədəf 4 dəqiqədən çox uzaqlıqdadırsa nə olar?" sualı gələcəkdir.
Arıların 10 km diametrində bir sahədə qida yığa bildiklərini ifadə etmişdik. Arı 10 km yol qət etmək üçün təxminən 45 dəqiqə uçmaq məcburiyyətindədir. (83) Ancaq Günəş 45 dəqiqə içində təxminən 11 dərəcə yer dəyişdirəcək. Əgər arı şana xəbər verən arının, təsvir etdiyi bucaqla yol gedərsə, günəş yer dəyişdirdikcə yemək qaynağından uzaqlaşacaq. Təbii ki, burada dərhal şandan 10 km uzağa getmiş olan arının geri qayıdarkən yenə eyni şəkildə günəşin mövqeyinə görə qida qaynağının yerini ağlında tutduğunu da ifadə etməkdə fayda vardır. Üstəlik, bu arı yüklü olaraq geri dönəcəyindən sürəti daha da azdır (9 km/saat).(84) Buna görə, arı geri dönənə qədər Günəş 16.5 dərəcə dönəcək. Bu vəziyyətdə arının günəşə görə edəcəyi tərifin səhv olması da ehtimal daxilindədir. Həm rəqs edən arının edəcəyi 16.5 dərəcəlik səhv, həm də yola çıxanın 11 dərəcəlik yanılması bir-birinə əlavə olunduğunda arının 10 km.-lik bir məsafədə yemək qaynağından 27.5 dərəcə qədər uzaq bir nöqtəyə gedəcək. Üstəlik, yığıcı arı bu qədər uzağa getdiyində əgər yemək tapa bilməzsə, dönəcək gücü də qalmayacaq. Çünki arılar getdikləri yerdən daha çox qida ilə dönmək üçün qursaqlarına yalnız onlara bildirilən uzaqlıqda istifadə edəcəkləri qədər bal götürərlər. Bu bal bitdiyində gücləri də tükənər və nektara çata bilmədilərsə, enerjiləri qalmadığı üçün geri dönə bilməzlər.
He to Whom the kingdom of the heavens and the earth belongs. He does not have a son and He has no partner in the Kingdom. He created everything and determined it most exactly.
(Surat al-Furqan: 2)
Balarısı
Ancaq vəziyyət belə olmaz. Milyonlarla ildir arıların etdikləri bütün təriflər -Günəşin dönməsinə və bucağının dəyişməsinə baxmayaraq- digər arılar tərəfindən aydın olur və arılar qida qaynaqlarına çatmaqda çətinlik çəkmirlər. Bu da bizə arıların Günəşə görə bucaq hesablaması edərkən yanılmadıqlarını göstərər. Bu vəziyyəti riyazi olaraq ifadə etsək, arılar Günəşin hər 4 dəqiqədə, 1 dərəcə yerini dəyişdiyini hesaba alırlar. Etdikləri bu hesablama nəticəsində də qaynağın yerini ağıllarında doğru olaraq tuta bilir və digərlərinə tam olaraq təsvir edirlər. Günəşə görə bucaq hesablaması edən digər arılar da bu tərifi anlayır və təsvir edilən qida qaynağını tapırlar.
Yuxarıdakı paraqraf diqqətli bir şəkildə düşünülərək təkrar oxunduğunda əslində arılarla əlaqədar olaraq edilən bu tərifdə bir fövqəladəlik olduğu dərhal aydın olacaq. Bu anda cümlələri hər zamanki kimi vərdişlə deyil, tək-tək, təsvir edilənləri göz önünə gətirməyə çalışaraq, ağıl, məntiq və vicdan istifadə edərək düşünməkdə fayda vardır. Bu gün Günəşin neçə dəqiqədə nə qədərlik bir bucaq dəyişdirdiyini belə bilən insan sayı azdır. Amma bal arıları bunu çox yaxşı bildikləri kimi, dəqiqə hətta saniyə səhvi etmədən tam məqsədəuyğun riyazi hesablama aparırlar. Yaxşı, bir arı, mövzusunda mütəxəssis olmayan bir insanın belə edə bilməyəcəyi bir hesablamanı öz iradəsiylə edə bilərmi? Əlbəttə, edə bilməz; bu qabiliyyət arıya Allah tərəfindən verilmişdir. Əksini iddia etmək ağılın və məntiqin bütün qaydalarını tapdalamaq olar. Arıların saxta "təkamüllü bir müddət" içində belə bir hesablamanı öz-özlərinə öyrəndiklərini iddia edən insan, arıların yenə saxta "təkamüllü bir müddət" içində yüzlərlə il sonra günümüzün ən tanınmış riyaziyyat professorlarından daha yaxşı tənlik həll edə biləcəklərini də iddia etməlidir. Yaxşı, bunu iddia edən bir insan ola bilərmi? Təbii ki, ola bilməz; bunu iddia edən insanın ağlından şübhə etmək lazımdır.
How Bees Calculate Distance
Various experiments have been carried out regarding how bees, when they set off to look for food, take a small quantity of it with them. In one experiment, bees who found a bowl containing sugar water at a specific distance returned to the hive (1) and described its location. The first group of bees who set out brought food back from the source.
Then the scientists conducting the experiment placed the bowl slightly farther away. The second group to arrive were unable to find food at the location indicated, and were unable to return from a lack of energy (2). They were able to find the strength to set out only by reinforcement with sugar water and honey (3-4). The reason why bees take only enough food to permit them to reach the source is so that they can carry more pollen and nectar on their return.
Moody Science Classic, City of the Bees, Moody Video: A Ministry of Moody Bible Institute, 820 N. LaSalle Boulevard, Chicago, IL 60610-3284.
Balarısı

Arılar Hesablamağı Haradan Öyrəniblər?

Bura qədər izah edilənlərdə də göründüyü kimi, arılar çox fərqli şəkillərdə hesablamalar edir və bu hesablamaları edərkən də Günəşi istifadə edirlər. Bir böcəyin dünyanın və Günəşin hərəkətlərini və bunların nəticələrini öz-özünə bilməsi və buna görə hərəkət etməsi heç bir şəkildə mümkün deyil. Arıların hər səfərində bu hesablamaları təsadüfən tutdurmaları da qeyri-mümkündür. Bütün bunlara baxmayaraq -mövzuyla əlaqədar bütün elm adamlarının da həmfikir olduqları kimi- arılar bu hesablamanı səhvsiz bir şəkildə milyonlarla ildən bəri edirlər.
Bir insan azdığında -əgər bu mövzuda xüsusi bir təhsil almamışsa- istiqamətini tapa bilməsi üçün kompas kimi alətlərə ehtiyacı olacaq. Bu adamın Günəşin bucağına görə bir hesablama edərək istiqamətini tapması isə demək olar ki, qeyri-mümkündür. Halbuki, bir arı Günəşin hərəkətinə baxmayaraq gördüyü hər hansı bir yeri səhvsiz şəkildə şandakı digər arılara tərif edə bilər.
Arıların bu fövqəladə xüsusiyyətləri necə ortaya çıxmışdır? Arılar bu hesablamanı necə öyrənmişlər?
Bu sualların cavabları son dərəcə əhəmiyyətlidir. Əvvəlcə arıların istiqamət təyin etmə və bunu başqa arılara tərif edə bilmə qabiliyyətlərinə ilk ortaya çıxdıqları andan etibarən sahib olmaları lazımdır. Bu, arıların bəslənmə və sığınma ehtiyaclarını həll etmələri, bu səbəbdən soylarını davam etdirə bilmələri üçün mütləq lazımlı olan qabiliyyətdir.
Bu qabiliyyətin təkamülçülərin iddia etdikləri kimi zamanla reallaşan müxtəlif dəyişmələrlə ortaya çıxması mümkün deyil. Necə ki, təkamül nəzəriyyəsini müdafiə edən elm adamları da arıların rəqs ilə xəbərləşmə qabiliyyətlərinin necə ortaya çıxdığı sualı qarşısında olduqca çətin vəziyyətdə qalırlar. Məsələn, dövrümüzün tanınmış təkamülçülərindən biri olan Richard Dawkins, arı rəqsinin təkamülü ilə əlaqədar olaraq özündən soruşulan sual qarşısında açıq şəkildə "çaşıb qalmış"dır. Dawkinsin arıların rəqsi ilə əlaqədar suallar qarşısında verməyə çalışdığı cavab belədir:
"Bir fikir irəli sürmək vəziyyətində… Bəlkə də rəqs bir növ… Təxmin etmək çox da çətin deyil… Bunun səbəb olduğunu kimsə bilmir, amma bir şəkildə olur…
Müasir arı rəqsinin daha sadə bir başlanğıcdan təkamülləşməsinə dair bəzi məqbul dərəcədə ara mərhələ tapdıq. Sizə izah etdiyim hekayə kimi… bu doğru bir hekayə olmaya bilər. Amma buna bənzər bir şey mütləq olmuşdur." (85)
Dawkinsin bu sual qarşısında verdiyi cavabdakı məntiq pozuqluğundan da aydın olacağı kimi, arıların rəqsini təsadüflərlə, ara şərhlərlə ifadə etmək ancaq xəyali bir hekayə olaraq izah edilə bilər.
Günəşdən faydalanaraq bucaq hesablamaq, təsadüfən əldə ediləcək bir qabiliyyət deyil. Ancaq arıların rəqs etməyi öyrənmələri və ya bucaq hesablaya bilmələri də kafi deyil; bunun xaricində bunları digərlərinə təsvir etdiklərində onların da bunu anlaya bilmələri lazımdır. Bunlar düşünüldüyündə, "təsadüf" kimi bir ehtimalın ağıla gətirilməsinin belə son dərəcə axmaq olduğu dərhal görülür. Nə qədər gözlənirsə gözlənilsin, bir canlıda belə bir hesab qabiliyyətinin öz-özünə meydana gəlməsi qətiyyən mümkün deyil.
Arı, düşünmə xüsusiyyəti olmayan bir canlıdır. Buna baxmayaraq, əvvəldən bəri ifadə etdiyimiz kimi, etdiyi hər hərəkət bənzərsiz bir ağılın və şüurun varlığını göstərər. Kainatın hər nöqtəsində olduğu kimi arılarda da təcəlli edən bu ağıl və şüur hər şeyi qüsursuz yaradan Allaha aiddir.
Arı gözü
1. Rhabdomere
2. Retinal cells
3. Concealment pigment
4. Lens
5. Ocelli
6. Compound eye
7. Cone
8. Nerve cells
To the right, a cross-section of the bee’s eye. The ommatidia (small eyes) can clearly be seen in the form of long lines. Each can perform the function of a separate eye and stand parallel like straws in a jar. Each of these eyes faces a slightly different direction from the others. Below, a cross-section of one of these components.
At the far left, the bee’s head, with a single ommatidia to the side. On the outside of each of these is a transparent, convex lens. As well as the compound eyes on either side of their heads, bees also have three simple eyes, or ocelli (far left).

Arilarin Gözləri

Arıların günəşdən faydalana bilmə xüsusiyyətlərini bilən elm adamları istiqamət təyinləri mövzusunda araşdırmalar etməyə başlamışlar. Əvvəlcə arıların göz quruluşu araşdırılmış və gözlərinin bu hesablamaların edilməsini təmin edəcək bir dizayna sahib olduğu görülmüşdür.
Arıların çox xüsusi bir göz quruluşları var. Arı gözlərində "ommatidia" adı verilən, 6.900 ədəd bir-birindən ayrı görmə əməliyyatını həyata keçirən hissə var. Bu hissələrin hər biri özbaşına bir göz kimi hərəkət edər. Bunlar bir qutudakı qamışlar kimi bir yerə toplanmışlar. Ayrıca, hər biri xaricdə kiçik qabarıq və şəffaf bir linzayla bitər. (86) Bu linzalar da gözün şüşə kimi ellips formasındakı xarici qabığını meydana gətirərlər. Arıların başlarının iki yanında olan birləşmiş gözlərindən əlavə, başlarının üzərində də 3 sadə gözləri olar. Baş üzərində yer alan hissələrin işığın şiddətinin ölçülməsi üçün istifadə edildiyi təxmin edilir. Arı gözünün insan gözünə görə iki üstünlüyü vardır. Bunlar, ultrabənövşəyi şüaları görmə və daha əvvəl də ifadə edildiyi kimi işığın qütbləşməsini təhlil etmədir. (87)
Məhz bu xüsusiyyətlər, arıların Günəşin yerini və bucağını təsbit etmələrini təmin edən xüsusiyyətlərdir. Bunun sayəsində arılar, Günəş irəlilədikcə şanda digər arılara edəcəkləri tərifin istiqamətində düzəlişlər edərək hədəfin istiqamətini səhv etmədən təyin edə bilərlər.

Çiçək İşarələmə Üsullari

Yığıcı arı şana geri dönmədən əvvəl qida qaynağına xüsusi bir qoxu bulaşdırar. Hər işçi arının bədənində istədiyi zaman istifadə edə biləcəyi bir qoxu kisəsi vardır. Bu kisə arının kürəyində və bədəninin arxa tərəfində içəriyə doğru qatlanmış dəri qıvrımından meydana gələr və normal zamanlarda kənardan görülməz. Arı istədiyi zaman bunu çölə çıxarar və kisənin qoxusu üzərində olduğu çiçəyə və ətrafa yayılar. Bu qoxu Melisa çiçəyinin qoxusuna bənzəyər və insanlar tərəfindən də asanlıqla qəbul edilər. Arılar isə öz şan yoldaşlarının qoxularına qarşı olduqca həssasdırlar və çox uzaqlardan bu qoxunu duya bilərlər. (88)
Arı gözü
The bee’s eye is created to perceive ultraviolet rays. In this way, ultraviolet light reflected from the petals of flowers give flying bees the full coordinates of the pollen.
The bee’s eye is created to perceive ultraviolet rays. In this way, ultraviolet light reflected from the petals of flowers give flying bees the full coordinates of the pollen.
Bal arılarının çiçəkləri işarələmələri sayəsində, digər arılar bir çiçəyin nektarının daha əvvəl başqa arılar tərəfindən istehlak edildiyini qoyulan işarədən başa düşər və dərhal o çiçəyi tərk edərlər. Bunun sayəsində həm vaxt, həm də enerji itkisindən xilas olarlar.

Çiçəklərin Mayalanması Və Arılar

Arı
Bees leave a scent on flowers they have visited previously and from which they’ve collected nectar or pollen. This way, subsequent bees do not waste time and energy on “harvested” flowers.
Müxtəlif çiçəklərlə dolu bir çəməndə bal yığan arılar bir müddət izlənilsə, maraqlı bir vəziyyət diqqəti çəkəcək. Arılar hər səfərdə yalnız tək bir çiçək cinsi arasında gedib gələrlər. Bir çiçəkdən digərinə uçarkən başqa cins çiçəklərə diqqət belə etməzlər.
Bəzən günlərlə eyni növ çiçəkləri bu şəkildə ziyarət edən arıların bu davranışları həm özləri, həm də çiçəklər baxımından faydalıdır. Bu vəziyyəti belə açıqlaya bilərik. Bir çiçəyə ilk dəfə qonan bir arı o çiçəyin quruluşunu tanımadığı zaman kiçik bir nektar damlasını tapmaq üçün çox uzun bir müddət cəhd etmək məcburiyyətində qalar. Arı ancaq eyni çiçəyə beşinci və ya altıncı dəfə qonduqdan sonra sürət və bacarıq qazanar və hədəfinə asan şəkildə çatdığı üçün zaman qazanmağa başlayar.
Bu vəziyyətin çiçəklər baxımından faydalı olan istiqaməti isə, arıların tək çiçək növünü seçmələri sayəsində sürətli və etibarlı bir mayalanmanın təmin edilməsidir. Çünki bir çiçəyin tozcuğu başqa çiçəkləri mayalandırmaz və ancaq arıların eyni çiçəklər arasında etdikləri dövrlər əsnasında çiçəklər mayalanmış olar. Arılar eyni növ çiçəkləri tapmaq üçün qoxudan faydalanarlar.
Burada qısaca, çiçəklərdəki mayalandırma hadisəsinin necə reallaşdığına toxunmaqda fayda vardır. Bilindiyi kimi arılar çiçəkləri nektar və tozcuq yığmaq üçün ziyarət edirlər. Ancaq arılar tozcuq toplamağa çalışarkən, çiçəklər üçün həyati əhəmiyyəti olan bir funksiyanı yerinə yetirər və onların mayalanmasına vasitəçilik etmiş olarlar. Çiçəklərdəki mayalanma hadisəsinin reallaşa bilməsi üçün çiçəyin dişi toxumunun erkək toxumlarla (tozcuqlarla) birləşməsi lazımdır. Yəni çiçəyin bir miqdar tozcuğu yapışqan olan başcıq üzərinə gələrək buradan dişi toxumla birləşməlidir. Çiçəklər ümumiyyətlə, erkəkcik orqanlarındakı tozcuqları öz başcıqları üzərinə özləri çatdıra bilməzlər. Ancaq böcəklər sayəsində reallaşan birləşmə ilə mayalanma olar və yeni çiçəkləri meydana gətirəcək toxumlar meydana gələr. (89)
"Allah!- there is no god but He!- Lord of the Throne Supreme!".
(Surat al-Neml, 26)
Balarısı
Görüldüyü kimi çiçəklər və arılar arasında çox əhəmiyyətli bir əlaqə vardır. Hər iki canlı da bir-birlərini cəzb edəcək şəkildə Allah tərəfindən hazırlanmışlar. Məsələn, böcəklər tərəfindən mayalanmalı olan çiçəklər, böcəkləri özlərinə çəkəcək nektarları ifraz edərlər ki, əslində arıları çəkən bu nektarlardır. Ayrıca çiçəklər qoxuları və ya canlı rəngləriylə də böcəklərin diqqətini çəkərlər.
Arılar və çiçəklər arasındakı bu əlaqə insanlara görə də son dərəcə əhəmiyyətlidir. Çünki arıçılığın əkinçilik əhəmiyyəti çox böyükdür. Bir çox meyvə ağacı və çiçək daha çox arılar vasitəsiylə mayalanar. Bu səbəblə, bəzi mütəxəssislər arıların bu mövzudakı dəstəyini, bal istehsalından daha əhəmiyyətli bir töhfə olaraq qiymətləndirərlər. Bu məlumatlar düşünüldüyündə ağıla dərhal Nəhl surəsindəki bal arısı ilə əlaqədar ayələr gəlir. Allah bu ayələrdə arıların bütün meyvələrdən yemələrinə diqqət çəkmişdir:
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
Bombus arısı

BOMBUS BEES

Bombus bees play a major role in plant fertilization. As can be seen at the side, the tiny hairs on the body of the Bombus, larger than other bees, are covered in microscopic hooks. These make it easy for the bee to collect individual pollen grains as it visits flowers. The Bombus then stores the pollen by emptying it into the pollen baskets. (David Attenborough, The Trials of Life, s.58)
Bu arada bunu da ifadə etmək lazımdır ki, arılardan başqa böcəklər də çiçəkləri mayalandırarlar. Lakin arılar həm saylarının çoxluğu, həm çalışqanlıqları və həm də bədən quruluşlarının uyğunluğuna görə tozcuğu, digər böcəklərə nisbətən daha çox miqdarlarda daşıyarlar. Əkinçiliyin böyük hissəsi arıların etdikləri tozlanmaya bağlıdır. Böcəklə tozlanmanın 80%-i bal arılarının vəzifəsidir. Bu tozlanma olmasa, meyvə və tərəvəz istehsalından əldə edilən səmərədə əhəmiyyətli bir azalma müşahidə olunardı.
There is no creature on the Earth which is not dependent upon God for its provision.
He knows where it lives and where it dies. They are all in a Clear Book.
(Surah Hud: 6)
Balarısı

Çiçəklər Və Arılar Arasındakı Uyğunlaşma

Çiçəklərin mayalanmasında son dərəcə əhəmiyyətli bir rola sahib olan arıların mayalandıra bilmədikləri çiçəklər də var. Məsələn, arılar qırmızı rəngi qəbul edə bilmədikləri üçün bu rəngə sahib olan çiçəkləri mayalandıra bilməzlər. Dəfnə, qırmızı qərənfil, yabanı kətan kimi içində başqa rəng olmayan qırmızı rəngli bəzi bitkilər başqa böcəklər tərəfindən mayalandırılar. Bu çiçək növlərinin rənglərindən başqa arılar tərəfindən mayalandırılmalarına maneə törədən başqa bir maraqlı xüsusiyyətləri də var. Bu çiçəklərin nektarları çiçəyin olduqca dərinliklərindəki bölgələrdə olar. Bu çiçəkləri mayalandırmaq istəyən böcəklərin çiçəyin iç qisimlərindəki bu bölgəyə çata bilmələri üçün xüsusi orqanlara sahib olması lazımdır. Böcəklərin eyni zamanda qırmızı rəngi qəbul etməli olduğu da unudulmamalıdır. Yəni bu bitkiləri mayalandıracaq böcəklərin hər iki xüsusiyyətə də eyni anda sahib olması lazımdır; çiçəklərin dərinliklərinə çatacaq xüsusi bir orqan və qırmızını görə biləcəkləri gözlər. Həqiqətən də, təbiətdə qırmızını rəng olaraq görən yalnız iki böcək növü vardır: Eşşək arıları və gündüz kəpənəkləri və üstəlik bu böcəklərin hər ikisinin də dərinliklərdəki nektarlara çata biləcəkləri uzun xortumları var. (90)
Balarıları ve çiçekler
God has created a harmonious union between bees and flowers.
Belə bir uyğunlaşmanı təsadüflərlə izah etməyə çalışmaq əlbəttə ki, mənasız olacaqdır. Heç bir təsadüf iki fərqli növdəki canlıya, bir-birlərinə tam uyğun olacaq şəkildə fiziki xüsusiyyətlər qazandıra bilməz. Bu uyğunlaşma hər iki canlının da tək bir Yaradıcı tərəfindən yaradıldıqlarını sübut edər. Bütün canlıların nəzarəti əlində olan Allah hər iki canlını da bir-birinə uyğun yaratmışdır.
The Bucket Orchid and Bees
One example of the harmony between insects and flowers is that between bees and the bucket orchids. The plant secretes a liquid that drips into the orchid’s bucket. A bee drawn by the fragrance of the flower falls into the slippery part of the flower that contains the liquid. The bee has only one way out: a narrow tunnel, with pollen on its entrance. As the bee strives to escape, the pollen rubs off and sticks to its back. Shortly afterward, it escapes out of the trap and goes to another orchid, leaving behind some of the pollen stuck to its back, thus fertilizing the flower. The bee also acquires an aromatic substance with which to attract female bees. The harmony between these two living things, plant and insect, is proof that they are both created by our Almighty Lord.
Çanak orkideÇanak orkide
1. Lateral calyx leaf
2. Narrow tunnel containing pollen
3. Upper wall of flower
4. Secretory glands
5. Droplet
6. Intermediate section
7. Bucket

Qeydlər:

72- Bilim ve Teknik Dergisi, Cilt 23, Sayı:269, Nisan 1990
73- Prof. Karl von Frisch, Arıların Hayatı, s. 135-136
74- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, s.152
75- Discovery, Nov. 97, s. 87
76- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, s.155
77- Marl L. Winston, The Biology of the Honey Bee, s. 154-156
78- Marian Stamp Dawkins, Hayvanların Sessiz Dünyası TÜB‹TAK, Popüler Bilim Kitapları, 1999, Ankara, s.137
79- Marian Stamp Dawkins, Hayvanların Sessiz Dünyası, s.137
80- Marian Stamp Dawkins, Hayvanların Sessiz Dünyası, s.137
81- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, s.163-164
82- Prof.Dr.Ali Demirsoy, Yaflamın Temel Kuralları, Omurgasızlar/ Böcekler, Entomoloji Cilt II / Kısım -II, Ankara; s. 66
83- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, s.171
84- Prof.Dr.Ali Demirsoy, Yaflamın Temel Kuralları, Omurgasızlar/ Böcekler, Entomoloji Cilt II / Kısım -II, Ankara; s.66
85- http://www.origins.org/articles/bohlin_upariver.html
86- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, s.15
87- Encyc. Americana, 1993, USA, Vol.3, Int. Headquartes, Danbury Connecticut, s.439
88- Prof. Karl von Frisch, Arıların Hayatı, s.143
89- Prof. Karl von Frisch, Arıların Hayatı, s.41
90- Prof. Karl von Frisch, Arıların Hayatı, s.31

Hiç yorum yok:

Yorum Gönder