16 Mayıs 2016 Pazartesi

Bir Mühəndislik Möcüzəsi: Pətək

Bir Mühəndislik Möcüzəsi: Pətək

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır.
(Sad surəsi, 66)
Arı
Arı kovanı
The cells of the comb are filled with honey, pollen and eggs in a specific order. From the top to the middle: honey. The middle part: pollen. The bottom: the larval chambers. The cells for the new queens are built at the very bottom.
Arıların ən heyrət verici xüsusiyyətlərindən biri də etdikləri düzgün altıbucaqlı pətəklərdir. Sıx bir arı qrupu pətək inşa edərkən seyr edildiyində, ilk ağıla gələn bu qrupun etdiyi işin nəticəsində bir qarışıqlığın ortaya çıxacağıdır. Bir-birindən müstəqil hərəkətlər edən kimi görünən bu canlıların birlikdə son dərəcə intizamlı strukturlar meydana gətirə biləcəklərinə çox ehtimal verilməyə bilər. Halbuki, çöldən görülənin əksinə, pətək hörən arılar qüsursuz bir uyğunlaşma içində və son dərəcə nizamlı bir şəkildə işləyirlər. Belə ki, hər biri fərqli yerlərdən başlamalarına baxmayaraq, hamısı eyni böyüklükdə altıbucaqlı hücrələr istehsal edə bilirlər. Bu altıbucaqlıları ortada birləşdirdiklərində heç bir şəkildə birləşmə yerləri müəyyən olmaz və altıbucaqlıların bucaqlarında hər hansı bir çatışmazlıq da olmaz.
Arılar yalnız şanda ehtiyac olduğu zamanlarda pətək hörərlər. Bu pətəkləri sığınmaq, yemək yığmaq və sürfələrini böyütmək üçün inşa edərlər. Pətəklərin hər istiqamətdən nizamlı bir quruluşları vardır. Məsələn, arı pətəkləri cüt üzlüdür. Hər iki üzdə də yüzlərlə, hətta minlərlə göz olar. Bu gözlərin bal, tozcuq və yumurta ilə doldurulmaları da yenə müəyyən bir nizam içində reallaşar. Bir sıralama edilsə, bir arı pətəyində, ən üstdən başlamaq üzrə orta hissəyə qədər bal olar. Ara hissədə tozcuqlar, ən altda da sürfə otaqları yer alar. Bal anbarları şanın yan tərəflərində də davam edər. Ancaq işçi arılar sürfə otaqları ilə bal otaqları arasına mütləq bir neçə sıra tozcuq anbarı edərlər. (120) Bu şəkildə bal, sürfələr və tozcuq bir-birinə qarışmamış olar. Şübhəsiz, pətək içində bal və sürfələrin bir-birinə qarışmaması ən çox insanların işinə yarayır. Əks halda arıçılar üçün içindən çıxılmaz bir vəziyyət meydana gələrdi. Pətəkdən bir hissəsini ayırmaq istəyən arıçılar, bal götürməyə çalışarkən arı koloniyasının yeni fərdlərinə istəmədən zərər vermiş olardılar. Ayrıca sürfələrlə qarışacağı üçün bal yemək də olduqca çətinləşərdi.
Burada, bu asanlığın meydana gəlməsini təmin edən yenə şüurlu bir hərəkətdir. Görünüş olaraq pətəklərdəki hücrələr (məsələn, sürfə hüceyrələriylə, tozcuq və bal hücrələri) arasında heç bir fərq yoxdur. Bunların hamısı tamamilə bir-birlərinə bənzərdir. Ancaq bu bənzərliyə baxmayaraq, daha əvvəl də ifadə etdiyimiz kimi, ana arı boş bal və ya tozcuq hücrələrinə yumurta buraxmaq kimi bir yanılmaya düşməz. Hər zaman doğru yerə yumurtalarını buraxar. Şübhəsiz bu da, ana arıya Allah tərəfindən verilmiş bir qabiliyyətdir.

Təkamülçülər Pətəklərin İnşasi Haqqinda Nə Düşünürlər?

Bal arıları digər bütün canlılar kimi öz növlərinə xas davranışlara sahibdirlər. Bu davranışlar da təkamülçülər baxımından sual işarələri ilə doludur. Məsələn, təkamülçülər bal arılarının etdikləri pətəklər, aralarındakı ünsiyyət kimi bir çox xüsusiyyətləri haqqında soruşulan suallara verəcək cavab tapa bilmirlər. Çünki təkamül mexanizmləri ilə arıların ictimai həyatlarının və xüsusiyyətlərinin açıqlanması qeyri-mümkündür.
Çarlz Darvin xüsusilə koloniyalar halında yaşamaları səbəbiylə "ictimai böcəklər" olaraq adlandırılan arıların və qarışqaların davranışlarını öz nəzəriyyəsinin mexanizmləri ilə açıqlamaqda çətinlik çəkdiyini bir çox ifadəsində etiraf etmişdir. “Növlərin mənşəyi” adlı kitabında soruşduğu bir sual ilə Darvin, qurucusu olduğu nəzəriyyənin instinktlər mövzusunda içinə düşdüyü ziddiyyəti belə vurğulayır:
...İnstinktlər təbii seçmə ilə qazanıla bilər və ya dəyişikliyə uğradıla bilərmi? Arını, -böyük riyaziyyatçıların kəşflərindən çox əvvəldən- pətək gözlərini hazırlamağa yönəldən instinkt üçün nə deyəcəyik? (121)
Darvinin niyə öz nəzəriyyəsini sorğulayacaq qədər çətin vəziyyətdə qaldığı, arıların pətək istehsalı araşdırıldığında dərhal aydın olacaq.

Pətəyin Ümumi Quruluşu

.bal peteği
There is a most regular structure in the combs, so that the honey and larvae never become intermingled.
Bir pətək ortadan ikiyə bölünsə, son dərəcə maraqlı bir görünüşlə qarşılaşılar. Pətəyin bir ara divarı vardır. Bu ara divar da digər qisimlər kimi bal mumundan hazırlanmışdır və hər iki tərəfə doğru sıralanmış olan hücrələrin ortaq zəminini meydana gətirir. Hücrələrin zəmini düz deyil. Biri digərinə uyğun olaraq çuxurdur. Qarşılıqlı hücrələrdəki bu çuxurlar yer qazanmaq məqsədiylə bir-birlərinin içinə doğru sıxılmışdır. Yan divarlar, hücrələrin ara divara nəzərən aşağıya doğru az maili dayana bilmələrini təmin edəcək şəkildə bir quruluşa malikdir. Məhz bu meyillilik, dolu hücrələrdən balın axmamasını təmin edər. (122)
Bundan başqa şanda işçi arıların hücrələri daha yuxarıda, erkəklərin sayca az olan hücrələri isə aşağıda olacaq şəkildə bir nizam vardır. Ana arı hücrələri də yenə ən aşağıda inşa edilər. Ayrıca, pətək hücrələri ehtiyaca görə də hörülər. Məsələn, şanda erkək arı sayı azaldığında və ya qışdan çıxıldığında (qışda şanda heç erkək olmaz) erkəklər üçün çıxarılan və digərlərinə görə daha böyük olan hücrələrdən inşa edilməyə başlanar. Eyni şəkildə ana arı hücrəsi də yalnız şan üçün yeni bir ana arı lazım olduğunda edilər.
Bunlarla yanaşı pətəklərin inşasında da son dərəcə əhəmiyyətli təfərrüatlar vardır. Pətəyin xammalının istehsalı və istifadəsi, pətək yaradılarkən edilməli olan riyaziyyat hesabları kimi təfərrüatlar son dərəcə təəccüblüdür.

Pətək Istehsalındakı Ilk Mərhələ: Bal Mumunun Istehsalı

Balmumu
The wax emerges as plates in the apertures above.
Arı pətəklərinin əsas inşaat vəsaiti bal mumudur. Arılar bal mumunu, qarınlarının altında yer alan 4 cüt ifrazat vəzisindən ifraz edərlər. Bu ifrazat vəzilərinin birləşdiyi yerdə iki kiçik aralıq vardır. Bal mumu bu aralıqlarda kiçik incə pullar şəklində meydana gələr. Arılar bu kiçik təbəqələri almaq üçün tüklərdən əmələ gələn arxa ayaqlarındakı çəngəllərini istifadə edərlər. Bunu bal mumu təbəqəsinə keçirər və arxa ayaqlarıyla çəkib çölə çıxararlar. Sonra irəli itələyərək əvvəl orta, sonra ön ayaqlarına çatdırarlar. (Arılar 6 ayaqlıdır) Son olaraq, təbəqəni çənə sümükləri ilə götürər və yoğuraraq istifadəyə yararlı qatılığa gətirərlər. (123) Bir mum pulcuğu alınan kimi, aralıqdan dərhal ikincisi çıxar. Təkcə bal mumunun ifraz olunması üçün ən əhəmiyyətli ünsür istilikdir. Buna görə işçi arılar pətəyi hazırlamağa başladıqlarında ilk olaraq bir-birlərinə zəncir halında birləşər, sanki bir top halını alarlar. Bunun sayəsində bal mumu üçün lazım olan 35oC istilik təmin edilmiş olar. Yoğurma əməliyyatı bu ən uyğun istilik dərəcəsində edilər və beləcə plastikləşdirilmiş, inşaata əlverişli bal mumu hazır olar.
Bal mumunun rəngi ilk ifraz olunduğu zaman ağdır. İçinə tozcuq və başqa maddələr qarışdıqca rəng sarıya və qəhvəyiyə dönər. Bal mumunun kimyəvi tərkibi isə belədir: (124)
Hidrokarbon % 14
Monoesterlər % 35
Diesterlər % 14
Hidroksil Polyesterlər % 8
Sərbəst turşular % 12
Bal mumu istehsalı olduqca çox enerji tələb edən bir əməliyyatdır. Bu səbəblə, arılar 1 kq. bal mumu hazırlamaq üçün təxmini olaraq 22 kq. bal istehlak edərlər. Arılar bal mumunu ifrazat vəzilərindən hər səfərində təxminən bir sancağın başı böyüklüyündə parçalar halında çıxardarlar. (125) Bu nisbət nəzərə alındığında, bal mumunun niyə bu qədər qiymətli olduğu daha yaxşı aydın olur. Arılar ən kiçik bir şam qırıntısını belə çox yaxşı qiymətləndirərək bal mumundan maksimum istifadə edərlər. Hətta bir şanı tamamilə tərk etmələri lazım olduğunda da bal istehlak edərək bal mumu çıxarmaq yerinə, köhnə şandan bal mumu daşımaq kimi bir üsula müraciət etdikləri belə müşahidə edilmişdir. Bu mövzuda tədqiqat aparan Alman elm adamı Dr. N. Koeniger başqa bir yerdə yeni bir şan hazırlamaq üçün köhnə şanı tərk edən bir arı koloniyası tapmışdır. Sabahısı gün işçi arıların şana geri döndüyünü müşahidə edən Koeniger, arıların köhnə hücrələrdən bal mumu gəmirdiyini və bunları yeni yuvalarına daşıdığını təsbit etmişdir. Arıların bu qənaətcil davranışlarının səbəbi bal mumunun istehsalında çox enerji lazım olmasıdır. (126)
Arılar sancaq başı böyüklüyündə parçalardan meydana gətirdikləri bal mumunu çox ağıllı bir şəkildə istifadə edərək ən az bal mumu ilə ən çox pətək inşa edərlər. Məsələn, arıların 22.5x37 cm. ölçülərində bir pətək üçün yalnız 40 qr. bal mumu sərf etdikləri müəyyən olunmuşdur. Boş olaraq ağırlığı 40 qr. olan bu pətək təxminən 2 kq. bal tuta bilir. (127)

Bal Mumu Necə Əmələ Gəlmişdir?

Balmumu
Honeybees beginning construction work. In order to obtain the necessary temperature for the production of wax, the bees first cling together, raising the temperature. They then shape the wax in their mouths and construct the comb, which consists of perfectly hexagonal cells.
Arıların pətək istehsalı bal mumunun varlığına bağlıdır. Bal mumu kimi pətək istehsalı üçün son dərəcə uyğun olan bir maddənin arılar tərəfindən çıxarılması açıq aydın yaradılış dəlilidir.
Təkamülçülər, arıların bu xüsusiyyətlərə ilk ortaya çıxdıqlarında sahib olmadıqlarını və bütün xüsusiyyətlərinin uzun bir zaman müddəti içində bir-birini izləyən təsadüflər nəticəsində ortaya çıxdığını iddia edərlər. Bu vəziyyətdə cavablandırılmalı olan bəzi sualları soruşaraq, təkamülçülərin bu iddialarının əsassızlığını araşdırmaqda fayda vardır.
İlk öncə, özlərinə tamamilə xarici bir maddə olan bal mumunun tərkibini arılar necə tapmışlar?
Və necə olub ki, hər arı eyni düsturu, eyni qatılığı səhv etmədən milyonlarla ildir saxlaya bilir?
Arılar bal mumu kimi ideal bir vəsaitin istehsalını edəcək sistemləri bədənlərində necə meydana gətirmişlər?
Bir an üçün arıların hər hansı bir şəkildə pətəyin xammalı olan bal mumunun istehsalını bacardıqlarını fərz edək. Bu müvəffəqiyyət tək başına heç bir şey ifadə etməyəcək. Çünki arı eyni zamanda, edəcəyi inşaat üçün lazım olan bütün texniki məlumat və bacarığa da sahib olmalıdır.
Yenə bir arının -heç mümkün olmasa da- bu xüsusiyyətlərə təsadüf əsəri nəticəsində sahib olduğunu fərz edək; bu da qətiyyən kafi olmayacaq. Bəhsi keçən arı, bu məlumatı bir şəkildə digər koloniya üzvlərinə öyrətmək məcburiyyətindədir. Və onların bədənlərində də bal mumunu çıxarmaq üçün lazım olan sistemi meydana gətirməlidir. Ayrıca, daha sonra gələcək olan nəsillərə də bu məlumatı və istehsal sistemini ötürmək məcburiyyətindədir.
Bunlardan da əlavə, bütün arıların birlikdə işləyə biləcəkləri şəkildə bir əmək bölgüsü etmələri də lazımdır. Çünki arıların hər birinin pətək hörmə məlumatına və bacarığına sahib olmaları kifayət deyil. Arıların birlikdə işləmək üçün lazım olan təşkilatı qura biləcəkləri ağıla və şüura da sahib olmaları lazımdır. Çünki arıların bu təşkilatı necə reallaşdırdığı, necə olub ki, aralarında ünsiyyətin təmin edildiyi, on minlərlə arının qaranlıq bir şanda heç bir qarışıqlıq çıxarmamasının arxasında nə kimi bir nizamın durduğu kimi bir çox problemin də cavablandırılması şərtdir.
Balmumu
Producing wax is a rather difficult, laborious process. Honeybees extract it from their wax glands in pieces no larger than a pinhead. The photos show bees making honeycombs.
Ağıl sahibi hər insanın, yuxarıda ümumiyyətlə, yekunlaşdırdığımız bu mərhələlər üzərində vicdanını istifadə edərək bir az düşünməsi kafi olacaq. Arı kimi bir canlının hər istiqamətiylə pətək çıxara biləcək, bu pətəkləri də ən lazımlı şəkildə istifadə edə biləcək xüsusiyyətlərə sahib olması əlbəttə ki, təsadüflərlə meydana gələ biləcək bir vəziyyət deyil. Bu fövqəladə inşa qabiliyyəti, nə arının ölçüsüylə, nə sahib olduğu beyninin həcmiylə, nə də ağılı və şüuruyla uyğun gəlmir.
Arının bu qabiliyyətlərini, yer üzündəki ağıl və şüur sahibi yeganə varlıq olan insan ilə müqayisə edərək düşünək. Bir insan öz istəyiylə bədənində işinə yarayacaq yeni bir ifrazat meydana gəlməsini təmin edə bilərmi? Məsələn, ehtiyac duyduğu anda tüpürcək vəzilərinin yapışqan çıxarmasını təmin edəcək yeni bir sistemi hazırlayıb, bunu bədəninə yerləşdirə bilərmi? Əlbəttə ki, insanın belə bir şey edə bilməyəcəyini hər kəs bilər. O halda insanın ağıl və şüur sahibi bir varlıq olaraq edə bilmədiyini, bir arıdan gözləmək nə dərəcədə düzgündür?
Nə arı, nə də yer üzündəki başqa bir canlı öz istəyiylə bədəninə yeni orqanlar əlavə edə bilməz, yeni ifrazatlar çıxara bilməz. Arılardakı dizayn və möcüzəvi qabiliyyətlər, açıq şəkildə bir Yaradıcı tərəfindən var edildiklərini sübut edir. Arılar da yer üzündəki digər bütün canlılar kimi Allah tərəfindən yaradılmışlar. Allah arılarda insanların düşünüb ibrət alması üçün bənzərsiz Ağlından nümunələr göstərir. Allah hər şeyə güc çatdırandır. Ağıl sahibi insana düşən isə, vicdanının səsini dinləyərək, etdiyi hər işdə Yaradıcımız olan Allaha yönəlmək və bütün həyatını Onun istəkləri əsasında istiqamətləndirməkdir:
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” (Yunis surəsi, 31)

Pətəkləri Meydana Gətirən Bir-Birinə Bərabər Hücrələrin Ölçüsü Necə Təyin Olunar?

If all the trees on Earth were pens and all the sea, with seven more seas besides, was ink,
God’s words still would not run dry.
God is Almighty,
All-Wise.
(Surah Luqman: 27)
Arı
No seams can be seen in the comb. It is as if these cells were produced in a single sheet. This is most astonishing, because in fact a large number of bees start from different points, making separate series of cells.
Pətək hüceyrələrinin hörülmə mərhələsi də böyük bir möcüzədir. Son dərəcə düzgün, bir-birinin eynisi olan altıbucaqlılardan ibarət olan pətəklər, arılarda təcəlli edən üstün ağılın başqa bir göstəricisidir.
Pətəyin hazırlanmasına ən üstdən başlanar və eyni anda 2-3 yerdən fərqli arılar tərəfindən aşağıya doğru hörülər. Bir pətək dilimi hər iki yana doğru genişləyər və digər iki sıra ilə birləşər. Bu iş çox uyğun və nizamlı bir şəkildə reallaşar. Belə ki, pətəyin, fərqli iki-üç parçanın birləşməsi sayəsində bütöv hala gəldiyini fərq etmək mümkün belə deyil. Müxtəlif uclardan başlanaraq inşa edilən pətək dilimləri o qədər düzgündür ki, yüzlərlə hücrə və bucaq saxlamasına baxmayaraq ortaya tək parça olan quruluş çıxar. Pətək üzərində heç bir əlavəyə rast gəlinməz. Bu da arıların işə təsadüfi qoyulmadıqlarını, başlanğıc və birləşmə nöqtələri arasındakı uzaqlıqları əvvəldən hesabladıqlarını ortaya qoyar. Bal arılarının çıxardıqları pətək gözlərinin genişliyi də standartdır. Bal, tozcuq və sürfələr üçün tikilən pətək gözlərin genişliyi 5.2-5.4 mm. arasındadır. Yalnız erkək arılar üçün hazırlanan hücrələr 6.2-6.4 mm. ətrafındadır. (128)
Arılar pətək hücrələrinin genişliyini və qalınlığını həssas qəbuledici (duyğu) tükləri sayəsində ölçərlər. Arıların duyğu tükləri xüsusilə çənə və antenalarda sıx olaraq olar. Bir bal arısının tək bir antenasında 8500-ə yaxın qəbuledici tük (sensilla trichodea) və 500.000 qəbuledici hüceyrə təsbit edilmişdir. (129) Arılar bu tükləri istifadə edərək, hördükləri hücrələrin divar qalınlığını ölçərlər. Bu ölçünü edərkən son dərəcə diqqətli hərəkət edərlər. Bir hücrəyə bal mumu əlavə edən arı, hücrənin divarını davamlı olaraq yavaş-yavaş itələyər. Divarda yaranan hərəkətə görə hücrənin elastikliyini və qalınlığını anlayar. Bütün bu əməliyyatların nəticəsində ortaya yenə möcüzəvi bir vəziyyət çıxar. Bütün arıların bal mumundan çıxardıqları pətək divarlarının qalınlığı tam olaraq 0.07 mm.-dir. Bu ölçü ancaq 0.002 mm. (millimetrin mində ikisi) qədər fərq göstərə bilər. (130)
Pətək hücrələri bir tərəfdən inşa edilərkən, bir tərəfdən birləşdirilmələri də son dərəcə maraqlıdır. Arılar bir hücrəni tamamilə bitirib sonra dərhal digərinə başlamazlar. İlk hücrələrin yan divarları əlavə olunarkən aşağıya doğru yeni hücrələrin inşası başlanar. Qonşu hücrələrin divarları alt qisimdən inşa edilməyə başlanar. Pətəklərin inşası davam edərkən yeni gələn arılar da bu işə dərhal başlaya bilərlər. Burada maraqlı olan nöqtə, pətəyin inşasına sonradan qatılan hər arının, inşaatın hansı mərhələdə olduğunu dərhal anlayaraq işə o nöqtədən başlaya bilməsidir.
Pətək gözü şəkilləndirildikdən və son halına gətirildikdən sonra arılar yenə qarınlarından çıxan başqa bir maye ilə bal mumunu sərtləşdirərək əməliyyatı tamamlayarlar. Beləliklə, hər biri bir-birinin eynisi olan və qüsursuz altıbucaqlılardan yaranan pətəklər ortaya çıxmış olar. Ancaq bunu da ifadə etmək lazımdır ki, arıların hördükləri bu pətəklərin sayları olduqca çoxdur. Məsələn, arıların 9.9 kq bal yığa bilmələri üçün 35.000 hücrədən ibarət olan bir pətək istehsal etmələri lazımdır. (131)
Bura qədər verilən məlumatlardan aydın olduğu kimi, arı pətəyinin həm istehsal mərhələsində, həm də ümumiyyətlə dizaynının hər mərhələsində tam mənasıyla bir qüsursuzluq vardır. Belə ki, pətəyin kənarlarının dizaynı belə son dərəcə heyrətləndirici bir quruluşa malikdir. Arılar pətəyin üstünü hazırlarkən altıbucaqlı, yanlarda maili, tavanda isə kvadrat formasını əsas götürərlər. Bunun sayəsində iki tərəfli pətək gözlərinin tavanlarını birləşdirmiş olarlar. Bir tərəfdəki üç pətək gözün ortasına, o biri tərəfdəki pətək gözün tavanını yerləşdirərək də pətəklərin möhkəm olmasını təmin edərlər.

Arılardakı Pətək Inşası Bənzərsizdir

Arıların dünyası araşdırıldıqca elm adamları daha çox heyrətə düşüblər. Onları təəccübləndirən, altıbucaqlı, maili, kvadrat kimi riyazi şəkillərlə əlaqədar hesablamaların və bu şəkillərin hansının pətəyin harasında olacağı kimi təfərrüatların arılar tərəfindən əskiksiz bir şəkildə hazırlanmasıdır. Məsələn, arılar mövzusunda yazılmış əhəmiyyətli əsərlərdən olan “The World of Bees” kitabında tədqiqatçı Murray Hoyt pətək istehsalını belə yekunlaşdırır:
Bir çox fərqli arının, ağızlarındakı bal mumunu lazımlı yerə buraxdıqdan sonra eyni qalınlıq və şəklin meydana gəlməsi təəccüblüdür. Bütün bunlardan, on minlərlə böcəkdən hər birinin öz-özünə usta bir mühəndis olduğu qənaətinə gəlirsiniz.
BalmumuArı
A worker bee manipulating wax and building cells
A section from a nearly complete comb and the bees working on it.
Hər arı pətəkdəki öz bölgəsinə kiçik bir bal mumu əlavə edər və hər bir pətək hücrəsi buna baxmayaraq, digərləriylə eyni ölçü və şəkildədir. Arıların işinə baxdığınızda, hər birinin özbaşına bir oraya, bir buraya təsadüfi uçduğunu sanarsınız. Pətək emalında sanki bir mühəndisin möcüzə proqramı kimi ölçülər və genişliklər vardır. Yüzlərlə, minlərlə arı hər nöqtəsindən işləyər, dəyişdirər. Ən uyğun boşluqlar, ən uyğun hücrə ölçüləri ortaya çıxar. (132)
The Perfect Measurements in The Comb
The picture above shows a comb made by honeybees out of perfectly hexagonal cells. The illustrations on the next page are three-dimensional computer images of honeycombs. In order to obtain the images of the comb, an expert in the field employed computer programs capable of producing drawings by calculating the various angles. However, bees use no such equipment in making their equally perfect combs. The importance of their success becomes more apparent when we compare the picture and the drawings of the combs. How is it that bees have been able to construct combs of this same perfection for millions of years? Bees have no ability to calculate angles; neither have they any knowledge of geometrical shapes. It is God, Who created the entire universe, Who inspires in bees the knowledge and ability with which they can build their combs.
Bal peteği
In the creation of the heavens and Earth, and the alternation of the night and day, and the ships which sail the seas to people’s benefit, and the water which God sends down from the sky—by which He brings the earth to life when it was dead and scatters about in it creatures of every kind—and the varying direction of the winds, and the clouds subservient between heaven and earth, there are signs for people who use their intellect.
(Surat al-Baqara: 164)
Yuxarıdakı ifadələr son dərəcə düşündürücüdür. Bir insanın əlində cədvəl, transportir kimi alətlər olmadan düzgün həndəsi şəkillər çəkməsi son dərəcə çətindir. Bir insanın arıların hər pətək hördüklərində etdikləri kimi, bir altıbucaqlının 120 dərəcəlik daxili bucaqlarını dəqiq bilməsi isə qeyri-mümkündür.
Bal peteğiBal peteğiBal peteği
The three-dimensional drawings above were made by imitating bee combs. As can be seen, no matter from what angle one looks at the combs, they still appear perfect and regular.
Həmçinin unutmamaq lazımdır ki, kağız üzərində çəkilməyə çalışılan şəkillər iki ölçülüdür. Arılar isə üç ölçülü altıbucaqlı prizmalar meydana gətirərlər. Bu üçölçülü prizmaların inşasında divarların qalınlığı, elastikliyi kimi çox həssas hesablamalar vardır. Ayrıca, pətək iki istiqamətli olduğu üçün iki tərəfdəki hücrələrin döşəmələrinin birləşdirilmə problemi də ortaya çıxacaq. Bundan başqa bütün pətək hücrələrində balın kənara axmasını maneə törədən 13 dərəcəlik bir meyillilik də vardır. (133)
Bl peteği
The drawing below shows the back-toback structure of the combs and the angles in them. Every single one of the bees making a comb constructs cells by calculating these angles.
Bütün bunlardan da əlavə -yuxarıda ifadə etdiyimiz kimi- pətək, ayrı-ayrı parçaların bir yerə gətirilməsiylə ortaya çıxan bir quruluşdur. Yəni kiçik bir parçanın getdikcə genişlənib böyüməsiylə pətək meydana gəlməz. Pətəklərdə hər arının müstəqil olaraq istehsal etdiyi parçalar uc-uca əlavə olunur. Eyni anda fərqli bölgələrdə hazırlanmış olan pətək dilimləri birləşəndə belə arada heç bir iz qalmaz. Hücrələrin birləşmə nöqtələrinə uyğun gələn altıbucaqlılar yarım da qalmaz və ya fərqli ölçüdə olduqları üçün bir-birindən fərqli yüksəkliklərdə, uyğun olmayan hücrələrin meydana gəlməsi kimi problemlər də meydana gəlməz. Arılar hücrələri bir-birlərinə elə qüsursuz bir şəkildə birləşdirərlər ki, pətək istehsalı bitirildikdən sonra birləşmə yerlərini təsbit etmək mümkün deyil.
Ağıla, arıların niyə pətək istehsalına bir tərəfdən başlamadıqları kimi bir sual gələ bilər. Əgər arılar tək bir tərəfdən pətək istehsalına başlasaydılar, pətəyin inşası çox uzun sürərdi. Çünki inşa edilən yer dar olacağından, ancaq hücrə sayı artdıqca yeni arılar vəzifəyə başlaya biləcəkdi. İndi bütün arıların etdikləri kimi bir neçə tərəfdən pətək hörülməyə başlandığında isə, daha çox arı işlədiyi üçün çox sürətli bir şəkildə pətək tamamlanmış olar.
Görüldüyü kimi pətək istehsalı ilə bağlı təfərrüatlar son dərəcə çoxdur. Pətəyin xüsusi olaraq hazırlanmış bir quruluş olduğu çox aydın görünür. Belə bir quruluşda təsadüf ehtimalını düşünmək isə son dərəcə axmaqlıq olacaq. Arıların həyatlarındakı hər mərhələ Allahın sərhədsiz qüdrətinin və yaratma gücünün bir təcəllisidir.

Arıların Etdikləri Ağlasığmaz Hesablar

Arıların etdikləri işin möcüzəvi istiqamətinin daha yaxşı qavranması üçün bir nümunə üzərində düşünək. İndi əlinizdə hamısı eyni ölçülərdə olan kərpiclər olduğunu düşünün. Bunları, düz bir xətt üzərində, xəttin hər iki ucundan və eyni anda başlayaraq düzməniz istənilsə (qarşı tərəfdə sizə kömək edən bir adam belə olmadan) bunu rahatlıqla bacararsınız. Heç bir hesablama tələb etməyən bu işdə orta nöqtəyə gəldiyinizdə arada kərpicin öz boyundan daha kiçik olan bir boşluq qalması böyük bir ehtimaldır. Amma bu problemi bir kərpici qırıb-qısaldaraq həll edə bilər və boşluğu doldurarsınız.
Bir də bu əməliyyatı arıların pətək hörərkən etdikləri kimi ən ucdakılar xaric heç bir kərpici qısaltmadan etmənizin istənildiyini fərz edək. Bu vəziyyətdə nə edərdiniz? (Arılar, altıbucaqlının həndəsi şəkli səbəbiylə, pətəyin yalnız yapışma nöqtələrində, yarım altıbucaqlılar -yəni əyrilər- hörərlər) Yəni arıların etdikləri kimi əməliyyat edəcəyinizi fərz etsək, yalnız hər iki ucdakıları qırma haqqınız vardır. Digər kərpiclərin hamısı arıların etdikləri hücrələr kimi bərabər olmaq məcburiyyətindədir.
The kingdom of the heavens and the earth and everything between them belongs to God.
He creates whatever He wills. God has power over all things.
(Surat al-Ma’ida: 17)
Balarısı
Bu əməliyyatları edə bilmək üçün bəzi hesablar etməniz lazımdır. Çünki belə bir işə təsadüfi qoyularaq müvəffəqiyyətli olmanız və doğru nəticəni əldə etməniz mümkün deyil. Tam istəniləni reallaşdıra bilməniz üçün sırayla bəzi hesablamalar etməniz lazımdır. Əvvəlcə,
  • - Əlinizə bir metrə götürməli və xəttin uzunluğunu ölçməlisiniz.
  • - Daha sonra kərpiclərdən birinin uzunluğunu ölçməlisiniz.
  • - Çizginin uzunluğunu, kərpicin uzunluğuna bölməlisiniz. Əgər xəttin uzunluğu kərpicin uzunluğunun tam misli qədər deyilsə, əldə edəcəyiniz ədəd kəsirli bir ədəd olacaq.
  • - Alınacaq ədədin vergüldən sonrakı qismi çox əhəmiyyətlidir, çünki bu ən ucdakı kərpiclərin nə qədər qısaldılması lazım olduğunu müəyyən edəcək. Məsələn, bu ədəd 0.25 kimi bir dəyərsə, hər iki uca qoyacağınız kərpiclərin cəmi uzunluğu 0.25 nisbətini keçməməlidir. Bu vəziyyətdə çıxan ədədə görə bir nizamlama edə bilərsiniz.
  • - Burada tapacağınız ədədə görə hər iki uca da qısaldılmış iki kərpic qoyduqdan sonra artıq kərpicləri düzə bilərsiniz. Ortaya gəldiyinizdə qoyduğunuz son kərpic tam gələcəkdir. Təbii ki, bu mərhələyə qədər bir əməliyyat səhvi etmədinizsə!
Yuxarıdakı izahatlarda da görüldüyü kimi bu işi ancaq bəzi hesablar edərək, bəzi ölçü alətləri istifadə edərək tam olaraq bacara bilərsiniz.
Gələk arıların kərpic təcrübəsindəkindən çox daha qarışıq olan və heç bir alət istifadə etmədən etdikləri hesablamalarına…
Arıların düz bir səth üzərində xətt çəkmək ya da kərpic düzmək kimi bir əməliyyat deyil, hər biri digəri ilə eyni ölçülərdəki altıbucaqlıları yan-yana əlavə edərək bu əməliyyatları etdiklərini də bir dəfə xatırladaq. Arılar 0.74 milimetr kubluq bir beyinə sahib, ağırlıqları isə 80 ilə 110 mq arasında dəyişən böcəklərdir.(134) Buna baxmayaraq, ancaq insanların edə biləcəyi hesablamaları edərək, hətta bəzən insanın belə çətinlik çəkəcəyi bucaq hesablarını da heç yanılmadan bacararaq bir-birinin eyni olan altıbucaqlıları meydana gətirərlər. Həmçinin, bir şanda pətək hörməkdə olan arıların hamısının bu hesablamaları və ölçmələri edə bildikləri, hamısının bir-birinə uyğun bir şəkildə hərəkət edərək pətəkləri hördükləri də unudulmamalı olan bir nöqtədir.
Arıların bal mumundan hördükləri hücrələrin hər birinin genişliyi hər zaman üçün 5.2 ilə 5.4 mm. arasında idi. Pətəyin məhdud bir sahəyə problem çıxmadan sığdırıla bilməsi üçün, yanlardakı yapışma nöqtələrinə uyğun gələn yarım hücrələrin (meyillilərin) genişlikləri də çox əhəmiyyətlidir. Əgər hər iki ucdakılar (bəzən üçüncülər də) bir az geniş və ya bir az dar edilsə orta nöqtəyə gəlindiyində səhv birləşmələr ortaya çıxacaq. Burada diqqət yetirilməli olan bir nöqtə daha vardır: Bütün uzunluqlar qüsursuz bir hesablamayla hesablanaraq işə başlansa belə, əgər arı qruplarından biri bir az aşağıdan və ya yuxarıdan işə başlayacaq olsa, orta nöqtəyə gəlindiyində bir-birinə görə fərqli xətlərə uyğun gələn pətək qrupları meydana gələcək və artıq bunları birləşdirmək mümkün olmayacaq. Başqa bir əhəmiyyətli incəlik də, əgər ortadakı arı qrupu pətək parçasını bir az sola və ya sağa sürüşdürərək hörməyə başlasa, iki tərəfdən gələn pətəklər ortadakı ilə birləşə bilməyəcək.
Yuxarıdakı nümunəyə yenidən qayıdacaq olsaq, kərpicləri iki ucdan düzməyə başlamışkən hadisəyə üçüncü adamın girməsinin və xətt üzərinə kərpic qoymağa başlamasının edilən işi qarışdıracağı da açıqdır. Bu dəfə o adamın qoyacağı ilk kərpicin tam yerinin doğru olaraq hesablanması lazım olacaq. Çünki kərpic səhv bir yerə qoyulsa, hər iki tərəfində də boşluq qalacaq.
Amma arılarda belə bir səhv ya da birləşmə yerinin müəyyən olması kimi bir problem yaşanmaz. Eyni anda neçə arı işləyərsə işləsin, hamısı bir-biriylə son dərəcə təəccüblü bir uyğunlaşma içində, sanki usta bir mühəndis kimi işlərini müvəffəqiyyətlə nəticələndirərlər.

Yalnız Qələm Istifadə Edərək Düzgün Bir Pətək Meydana Gətirə Bilərsinizmi?

İndi də daha sadə bir təcrübə edərək arıların etdikləri əməliyyatları fərqli bir nümunə ilə araşdıraq. Bunun üçün bir fayl kağızının üzərinə, bir neçə kənarından başlayaraq altıbucaqlılar çəkməyə başlayın və səhifənin ortasında bu altıbucaqlıları birləşdirməyə çalışın. Amma bu sırada heç bir birləşmə nöqtəsinin nəzərə çarpmamasına xüsusilə diqqət yetirin. Ən əhəmiyyətlisi də bunu cədvəl, transportir kimi alətlər istifadə etmədən və heç bir hesablama etmədən bacarmağa çalışın. Bunun olduqca çətin, hətta qeyri-mümkün bir əməliyyat olduğunu görəcəksiniz. Bir də üç-dörd adamın hər birinin fərqli nöqtələrdən başlayaraq belə bir şəkili eyni kağız üzərində tamamlamağa çalışdığını düşünsək, edilməli əməliyyatın nə qədər çətin olduğu daha yaxşı aydın olacaq.
Ayrıca bunu da xatırlatmaq lazımdır: Siz bu şəkili çəkərkən səhv etdikdə, səhv şəkili silib yenidən çəkmə imkanına sahibsiniz. Amma arılar pətəkləri hörərkən səhv edib yenidən başlama kimi bir üsul istifadə etməzlər. Onlar, pətəkləri heç səhv etmədən tək bir dəfədə hörərlər.
Bu nümunələrdə də görüldüyü kimi bir arının içində olduğu şərtlərə sadiq qalaraq, eyni mükəmməllikdə altıbucaqlılar etmək, sonra da bunları birləşdirərək bir pətək meydana gətirmək son dərəcə çətindir. Üstəlik, arıların ilk ortaya çıxdıqları andan etibarən istehsal etdikləri qüsursuz quruluşlu pətəklərdəki möcüzələr yalnız bu qədərlə də məhdud deyil.
Bal peteği
It is impossible for a human being to draw regular hexagons with a pencil and then to join them together without leaving any traces. Yet bees have been doing exactly this, in three dimensions, for millions of years.

Pətəkdəki Bucaqlar

Arıların pətək hücrələrini inşa edərkən 3 ayrı bucağı diqqətə almaları lazımdır.
  • - Pətək hücrələrinin iç bucaqları
  • - Hücrələrin yerə saldıqları bucaq
  • - Hücrə döşəmələrindəki kvadratların bucaqları
Arılar qüsursuz bir altıbucaqlı üçün lazım olan 120 dərəcəlik bucağı da tamamilə düzgün tutduraraq pətək hücrələrini inşa edərlər. Bal arılarının pətək inşasında diqqət yetirdikləri bir başqa nöqtə isə hücrələrin meyilliliyidir. Hücrələr yerə tam paralel olaraq inşa edilsə, içəri qoyulan bal çölə axacaq. Hücrələr arılar tərəfindən hər iki yana doğru 13 dərəcə yüksəldilərək yerə tam paralel olmaları əngəllənər. (135)
Arıların istifadə etdikləri üçüncü bucaq isə hücrə döşəmələrinin birləşmə bucaqlarıdır. Bu mövzu elm adamları arasında mübahisə yaratmış və nəticədə yenə arıların zəfəri ilə nəticələnmiş son dərəcə diqqət çəkici bir mövzudur.

Arıların Elm Adamlarına Qalib Gəlməsi: Səhvə Yol Vermədən Bucağın Hesablanması

Bal peteği
Viewed from above, a comb’s cell can be seen to be made from a combination of three equilateral rhombs.
Əvvəlki səhifələrdə ifadə etdiyimiz kimi arılar pətəklərini iki istiqamətli olaraq hörərlər. Altıbucaqlı prizma şəklindəki pətək hücrələri döşəmədə digər tərəfin hücrələriylə birləşər. Arıların hördükləri pətəklər hər istiqamətdən qüsursuz bir dizayna malikdir. Ancaq pətək hücrələrinin birləşmə nöqtələrində ayrı bir dizayn möcüzəsi vardır.
Bu dizaynda diqqət yetirilməli olan ilk nöqtə pətək hücrələrini meydana gətirən altıbucaqlı prizmaların döşəmələrində 3 kvadrat olmasıdır. Burada diqqət yetirilməli olan ikinci bir incəlik isə hər bir pətək hücrəsinin, arxa tərəfdə hər zaman 3 hücrənin ortasına keçəcək şəkildə hazırlanmış olduğudur. Pətək hücrələrinin bu iç-içə keçmiş quruluşu, pətəyə maksimum möhkəmlik təmin edir. Burada, döşəmədə birləşən hücrələrin sanki pərçimlənmiş polad keçidlər kimi bir-birlərinə qaynaq edilmiş olduğunu söyləmək də mümkündür.
Bal peteği
Arıların pətək istehsallarındakı qüsursuz dizaynı araşdıran elm adamları 3 pətək hücrəsinin döşəmələrinin qarşı tərəfdəki tək bir pətəyin döşəməsi olacaq şəkildə hörülməsi əsnasında edilən ağlasığmaz riyaziyyat hesablamaları qarşısında təəccüblərini gizlədə bilməmişlər. Bu son dərəcə mürəkkəb riyaziyyat əməliyyatları tələb edən bir dizayndır.
Eynilə arıların etdikləri kimi olduqca mürəkkəb olan bu hesabı edən elm adamları bir az əvvəl bəhs edilən xüsusiyyətlərin təmin edilməsi üçün çox həssas bucaqlar ortaya qoymuşlar. Məşhur riyaziyyatçı Konigin etdiyi bu hesaba görə ən qüsursuz quruluş üçün döşəmədəki bu bucaqların tam 109 dərəcə 26 dəqiqə və 70 dərəcə 34 dəqiqə olması lazımdır.
Bəs arıların istifadə etdikləri bucaqlar nədir? Edilən ölçmələrdə arıların pətək hazırlayarkən düzgün olaraq 109 dərəcə 28 dəqiqə və 70 dərəcə 32 dəqiqəlik iki bucaq istifadə etdikləri və bu hesabda heç bir zaman ən kiçik bir yanılma olmadığı görülmüşdür. Bu əlbəttə ki, inanılmaz bir vəziyyətdir. Arılar inanılmaz olanı bacarmaqla ancaq riyaziyyat dahilərinin həll edə biləcəyi bir hesabın altından qalxırlar.
Yalnız bu hesablamayla birlikdə arıların etdikləri hesab, 1 dərəcənin yalnız 1/30-i (1 dərəcə 60 dəqiqədir. Pətəklərlə olan bucaq arasındakı 2 dəqiqəlik fərq 1/30 dərəcəyə bərabər gəlir) miqdarında bir yanılma göstərir. Yəni, arılar -diqqətə almağa ehtiyac olmayacaq qədər belə olsa- bir səhv ilə pətəklərini hörürlər.
Bəli ortada 1/30 dərəcəlik bir səhv görünür. Bu fərq səbəbiylə elm adamları əvvəllər arıların tam olaraq doğru bucağı hesablaya bilmədiklərini və mükəmməl nəticəyə bir səhv ilə yaxınlaşdıqlarını düşünmüşlər. Halbuki, işin ən maraqlı nöqtəsi burada ortaya çıxır. Çünki ortada arıların etdiyi bir səhv yoxdur.
Bal peteği
When three comb cells, whose bases consist of equilateral rhombs, are joined together, the base of a cell on the opposite side emerges. In this way, the two faces of the comb are locked together, constituting one single, solid structure. The angles of these rhombs made by the bees are literally perfect and flawless.
Məşhur şotland riyaziyyatçı Colin MacLaurin (1698-1746) eyni hesabı təkrar etmiş və çatdığı nəticəni elm dünyasına açıqladığında böyük bir heyrətə səbəb olmuşdur. Çünki, MacLaurin, arıların istifadə etdiyi bucağın tamamilə doğru olduğunu, pətəklər üzərindəki ilk araşdırmanı edən Konig və qrupunun, hesablarında istifadə etdikləri loqarifmik cədvəldəki bir səhv səbəbiylə səhv nəticəyə gəldiklərini ortaya qoymuşdur.
Qısacası, aydın olmuşdur ki, arıların hördükləri pətəklərdə ən kiçik bir səhv yoxdur. (136) 1/30 dərəcəlik səhv arılara deyil, elm adamlarına aiddir.
What Did Charles Darwin Say About The Honeybee?
Darwin was stung into silence by these little creatures, asking, “What shall we say concerning the honeybee...?”
That bees make their cells in perfect hexagonal forms, sparrows build their nests with straw (left), beavers build dams (right), and rabbits dig burrows in the ground, are all proofs of God’s creation of separate species. Such animals behaviors are signs of the existence of God, Who created the universe and all life forms flawlessly.
G. Mansfield, “Creation or Change? God’s purpose with mankind proved by the wonder of the universe,” Logos Publications
Bal peteği

Nə Üçün Altıbucaqlı?

Bal peteği
When hexagonal cells and cells in other geometric shapes are compared, it appears the hexagonal cells have an obvious advantage in terms of utilization of area per unit volume. The hexagon can store the largest volume with the least amount of construction material.
Görüldüyü kimi pətəklər, bir çox insanın edə bilməyəcəyi qədər incə hesablamalara əsaslanan və bu xüsusiyyətləriylə elm adamlarını heyrətlər içində buraxan memarlıq möcüzələridir.
Pətəklərin quruluşunu araşdıran elm adamlarıların pətəkləri niyə təsadüfi şəkillərdə və ya səkkizbucaqlı, beşbucaqlı, üçbucaq olaraq deyil, hər zaman altıbucaqlı olaraq etdikləri mövzusu üzərində olduqca təfərrüatlı araşdırmalar etmişlər.
Bu sualın cavabını “Animal Architecture” kitabının yazıçısı, eyni zamanda arılar mövzusunda dünyanın ən tanınmış elm adamı olaraq tanınan Karl von Frisch belə verir:
Pətəklər altıbucaqlı əvəzinə məsələn, dairə və ya beşbucaqlı şəklində hazırlansaydı, arada istifadə edilməyən bölgələr ortaya çıxacaq, beləcə həm daha az bal yığıla biləcək, həm də araları doldurmaq üçün boş yerə bal mumu sərf ediləcəkdi. Dərinlikləri eyni olduğu müddətcə üçbucaq və dördbucaqlı hücrələrdə də altıbucaqlı hücrələrdəki qədər bal yığıla bilərdi. Ancaq bu şəkillərdən ətrafı ən qısa olan altıbucaqlıdır. Eyni həcmə sahib olmasına baxmayaraq, altıbucaqlı hücrələr üçün istifadə edilən vəsait üçbucaq və ya dördbucaqlı üçün istifadə ediləndən daha az olacaq. Bu vəziyyətdə bu nəticəyə çatılar: Altıbucaqlı hücrə, olduqca çox miqdarda bal saxlayarkən, inşası üçün ən az bal mumu tələb edən şəkildir. Yəni arı, mümkün olan ən uyğun şəkli istifadə edir. Arıların altıbucaqlı hücrələri faydalı bir dizayndır. Hücrələr bir-birinə uyğun və divarları ortaqdır. Bu, ən az bal mumuyla ən çox bal toplama yerini təmin edər. Eyni zamanda bu hücrələr çox möhkəmdir. Öz ağırlıqlarının bir neçə qatını daşıya bilərlər. (137)
Bal peteği
Yuxarıdakı sitatda Karl von Frisch, "Niyə altıbucaqlı?" sualının cavabını açıq olaraq verir. Amma əsil cavab verilməli olan arıların bunu necə kəşf etdikləridir. Pətəklərdəki bu qüsursuz dizaynın arılar tərəfindən xəyali təkamül müddəti içində yavaş-yavaş inkişaf etməyəcəyini anlamaq üçün yalnız sağlam fikirli bir insan olmaq kifayətdir. Bir arının bir gün beşbucaqlı pətək edib, daha sonrakı gün üçbucağı sınayıb, bir müddət belə davam edib, daha sonrakı günlərdə, illərdə və ya əsrlərdə altıbucaqlının pətək istehsalında ən faydalı şəkil olduğunu anlayıb, bunda qərarını durduğu kimi bir ssenarini düşünmək belə son dərəcə axmaqdır. Belə bir şeyi iddia etmək, arıların ən az insanlar qədər ağıl və şüur sahibi varlıqlar olduğunu iddia etməkdir. Ki bu iddianın qəbul edilməsi də ağıl və vicdani olaraq mümkün deyil.
Arılar Allah tərəfindən yaradılmışlar. Təkamüllü bir müddət keçirməyiblər. Heç bir şəkildə təkamülə məruz qalmayıblar. İlk yaradıldıqları andakı xüsusiyyətləri nədirsə, günümüzdəki xüsusiyyətləri də odur.

Nəticə

Bu kitab boyunca araşdırdığımız kimi, arıların etdikləri çox iş insanlar üçün son dərəcə heyrətvericidir. Bir neçə həftəlik qısa bir həyat müddəti olan bal arıları sırayla bir işdən digərinə keçərək şandakı bütün işləri yerinə yetirərlər. Bala baxımından pətək inşasına, qida tapmaqdan bal istehsalına qədər hər işi bacararlar.
Bu heyrətləndirici işləri bacaran bir bal arısının sinir sistemində 7000-dən çox sinir hüceyrəsi olar. Halbuki, bir insanın sinir hüceyrələrinin sayı bunun 2 milyon qatıdır.(138) Buna qarşılıq olaraq, bal arısı, kitabın əvvəlindən bəri bir qismini təfərrüatlı olaraq araşdırdığımız, insanları heyrətə salan bu işləri qüsursuzca edə bilir:
Şanda bir sıra mürəkkəb işi edər: Balaları qidalandırmaq, təmizlik etmək, ventilyasiya, təmir etmək, yarıqları örtmək kimi;
  • - Xüsusilə dost və düşmən arıları ayıra bilər.
  • - Günəşin bucağına görə istiqamət təyin edə bilər.
  • - Ultrabənövşəyi şüaları fərq edə bilər.
  • - Daşıdığı tozcuq (çiçək tozu) ağırlığını hesablaya bilər.
  • - Göyün parlaqlığına, yer üzündəki işarələrə baxaraq və yolu üzərindəki qoxuları qəbul edərək doğru bir uçuş rotası tutdura bilər.
  • - Uçuş əsnasında qət etdiyi uzaqlığı hesablaya bilər.
  • - Qida buraxmaq üçün şanın ən uyğun hissəsini təsbit edə bilər.
  • - Şanda edilən rəqsdə hərəkətlərin tezliyini ölçə bilər və bu yolla yemək qaynağının uzaqlığını anlaya bilər.
  • - Dikinə qoyulmuş bir şanda rəqs edildiyində Günəş ilə yemək qaynağı arasındakı bucağı hesablaya bilər.
  • Son dərəcə qüsursuz olaraq altıbucaqlı pətəklər inşa edə bilər…
Ancaq yuxarıda saydığımız işlərin hamısını birdən edə bilən bu canlılarla əlaqədar bir nöqtəyə diqqət çəkməkdə fayda vardır: Bütün bunları bacaran bir bal arısının beynindəki sinir hüceyrələrinin cəmi sayı, yetkin bir insanın latınca bal arısı (apis mellifica) sözlərini demək üçün istifadə etdiyi sinir hüceyrəsi sayından daha azdır.(139) Bir bal arısının cəmi beyin həcmi 0.74 kub millimetrdir.(140) Hətta şanın ən vacib arısı olan ana arının beyni isə -iri bədəninə baxmayaraq- daha da kiçikdir: 0.71 kub millimetrdir. Bu məlumatlardan qarşımıza çıxan nəticə budur: Arıların etdikləri işlərin beyin həcmləriylə bir əlaqəsi yoxdur. Onlara bütün bu qüsursuz qabiliyyətlər "verilmiş"dir.
Praise be to God, to Whom everything in the heavens and everything in the earth belongs, and praise be to Him in the Hereafter. He is the All-Wise, the All-Aware.
(Surah Saba’: 1)
Arı
İndi bütün bu məlumatları yenidən düşünək. Arılara, bu fövqəladə xüsusiyyətləri kim vermişdir? İnsanların edə bilməyəcəkləri hesabları edə bilən, saysız xüsusiyyətlə təchiz edilmiş bu canlılar, necə var olublar? Bu heyvanlar necə olur ki, dünyaya gələn kimi, heç bir təhsil almadan, inanılmaz işlər bacarırlar? Həmçinin, vəzifələrini ictimai bir nizam içində necə olur ki, qüsursuz bir şəkildə yerinə yetirirlər? Sahib olduqları təşkilat ancaq çox üstün bir ağıl tərəfindən edilə biləcək qədər qüsursuzdur. Yaxşı, bu şüursuz canlılar necə belə bir təşkilatı reallaşdıra bilərlər?
Məhz bu suallar üzərində düşündüyümüzdə qarşımıza çıxan sadəcə bir həqiqət var: Arılara bu xüsusiyyətləri, bu heyrətləndirici qabiliyyətləri verən sonsuz qüdrət sahibi olan Allahdır. Allah yaratdığı bütün canlılarda olduğu kimi arılarda da sərhədsiz elmini və nümunəsiz yaradışını bizlərə göstərir. Bu yaradılışa şahid olan insan üçün ediləcək tək şey, hər şeyin hakimi olan Rəbbimizi ucaltmaq və Allaha təslim olmaqdır.
…Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

Qeydlər:

120- Prof. Karl von Frisch, Aus Dem Leben Der Bienen, Verständliche Wissenschaft Band 1, 8.Auşage, s.48-49
121- Charles Darwin, Türlerin Kökeni, s.186
122- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, s.81
123- Prof. Karl von Frisch, Arıların Hayatı, s. 22
124- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, s.36
125- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, s.83
126- Prof. Karl von Frisch, Animal Architecture, A Helen and Kurt Wolff Book/Harcourt Brace Jovanavich, Inc. New York and London, s.95
127- Prof. Karl von Frisch, Animal Architecture, A Helen and Kurt Wolff Book/Harcourt Brace Jovanavich, Inc. New York and London; s.87
128- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991, s.81
129- The New Encyc. Britannica, Sensory Reception, Vol.27, s.132
130- Prof. Karl von Frisch, Animal Architecture, A Helen and Kurt Wolff Book/Harcourt Brace Jovanavich, Inc. New York and London; s.89
131- Encyc. Americana, 1993, USA, Vol.3, Int. Headquartes, Danbury Connecticut, s.441
132- Murray Hoyt, The World of Bees, Coward Mcnann Inc, New York, 1965, s.100-101
133- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991,s. 81
134- Anthony Smith, İnsan Beyni ve Yaşamı, İnkılap Kitabevi, S.39
135- Mark L. Winston, The Biology of the Honey Bee, Harvard Unv. Press, 1991,s.81
136- G. Mansfield, Creation or Chance! God's purpose with mankind proved by the wonder of the universe, Logos Publications
137- Prof. Karl von Frisch, Animal Architecture, A Helen and Kurt Wolff Book/Harcourt Brace Jovanavich, Inc. New York ad London, s.86
138- Anthony Smith, İnsan Beyni ve Yaşamı, Çev.Nejat Ebcioğlu, İnkılap Kitapevi, s.38
139- Anthony Smith, İnsan Beyni ve Yaşamı, Çev.Nejat Ebcioğlu, İnkılap Kitapevi, s.39
140- Anthony Smith, İnsan Beyni ve Yaşamı, Çev.Nejat Ebcioğlu, İnkılap Kitapevi, s.39

Hiç yorum yok:

Yorum Gönder